Willkommen auf den Seiten des Auswärtigen Amts
Konsulluq xidmətlərinin rüsumları
Federal Xarici İşlər Nazirliyi və onun xaricdəki nümayəndəlikləri tərəfindən icra edilən notariat əməliyyatları, təsdiqlər habelə digər konsulluq xidmətləri üçün rüsumların toplanmasının hüquqi əsası Federal Rüsumlar Aktı (BGebG) və Ümumi Rüsumlar haqqında Sərəncam (AGEbV), həmçinin Federal Xarici İşlər Nazirliyi üçün Xüsusi Rüsumlar Sərəncamıdır (AABGebV).
Tətbiq olunan rüsum məbləğləri haqqında məlumatları konsulluq xidmətləri üçün yeni „qiymət siyahısı“ olan AABGebV-nin rüsum və əlavə xərclər cədvəlindən (Əlavə 1) əldə edə bilərsiniz.

- Surətlərin təsdiqi
Rüsum bir növ sənəd üçün səhifələrin sayından asılı olmayaraq təyin edilir.
Bir sənəd üçün rüsum məbləği 24,59 Avro - Legalisasiya
Rüsum məbləği 29,91 Avro - İmzanın təsdiqi (Adların qeydiyyatı ilə bir və ya bir neçə imzanın təsdiqi)
Rüsum məbləği 79,57 Avro - İmzanın təsdiqi (digər məqsədlər üçün bir və ya bir neçə imzanın təsdiqi)
Dəyişilməz rüsum məbləği 56,43 Avro Konsulluq arayışı
Rüsum şablon/nümunə arayış üçün 34,07 Avro,
şablon/nümunə olmayan arayış üçün 70,33 Avro
Pasport və viza rüsumu dəyişmir.
Yeni ödəniş qaydası pasport və ya viza rüsumlarına da şamil edilirmi?
Xüsusi rüsum dəyişikliyinə dair Nizamnamə Konsulluq haqqında Qanununa uyğun olaraq rəsmi əməliyyatlara aid edilir. Viza Kodeksi və ya Miqrasiya Əsasnaməsi ilə tənzimlənən Pasport haqqında qanun və ya Viza rüsumları dair qaydalar dəyişilməz olaraq qalır.