Bu hal konkret olaraq nə deməkdir, məsələn Almaniyanın Bakıdakı Səfirliyində imzanın təsdiqlənməsi, sənədin leqalizasiyası və ya surətinin təsdiqlənməsi üçün müraciət edərkən nəyi nəzərə almaq lazımdır?
2021 -ci il oktyabrın 1 -dən etibarən, Bakıdakı Alman Səfirliyində konsulluq xidmətləri üçün rüsum və əlavə xərclər cədvəlinə uyğun olaraq (AZN ilə nağd şəkildə ödəniləcək) aşağıdakı rüsumlar tətbiq olunacaq:
Surətlərin təsdiqi
Rüsum bir növ sənəd üçün səhifələrin sayından asılı olmayaraq təyin edilir.
Bir sənəd üçün rüsum məbləği 24,59 Avro
Legalisasiya
Rüsum məbləği 29,91 Avro
İmzanın təsdiqi (Adların qeydiyyatı ilə bir və ya bir neçə imzanın təsdiqi)
Rüsum məbləği 79,57 Avro
İmzanın təsdiqi (digər məqsədlər üçün bir və ya bir neçə imzanın təsdiqi)
Dəyişilməz rüsum məbləği 56,43 Avro
Konsulluq arayışı
Rüsum şablon/nümunə arayış üçün 34,07 Avro,
şablon/nümunə olmayan arayış üçün 70,33 Avro
Pasport və viza rüsumu dəyişmir.