Willkommen auf den Seiten des Auswärtigen Amts
Yəhudi miqrasiyası/Alman köçkünləri
Berlində sinaqoq, © Colourbox
Yəhudi miqrasiyası
Müraciətinizə dair məsləhət almaq üçün səfirliklə rk-kontakt@baku.diplo.de elektron poçt vasitəsi ilə əlaqə saxlaya bilərsiniz. Şəxsi məsləhətləşmə üçün görüşünüzü buradan təyin edin.
Qəbulun şərtlərinə dair və prosedur haqqında bütün məlumatları Siz (BAMF) Miqrasiya və Qaçqınlar üzrə Federal İdarənin internet səhifəsindən əldə edə bilərsiniz.
Səfirlik miqrasiyaya dair ərizə-anketləri qəbul edir və onları BAMF idarəsinə yönəldir. Xahiş olunur nəzərə alasınız ki, ailə kimi toplu şəkildə qəbul olunmağınız yalnız ölkədən birgə çıxıb səfər edərkən mümkündür.
BAMF idarəsinin internet səhifəsində Siz həmçinin qəbul mərhələləri haqında alman və rus dillərində məlumatı, müraciət üçün əsas ərizəçi və onun ailə üzvləri üçün ərizə-anketləri əldə edə bilərsiniz.
Qəbul proseduruna dair məlumat vərəqəsi (alman dilində)
Qəbul proseduruna dair məlumat vərəqəsi (rus dilində)
Əsas ərizəçinin müraciəti üçün ərizə-anket
Ailə üzvlərinin müraciəti üçün ərizə-anket
Alman köçkünləri
Alman milliyətinə mənsub olduqlarına görə İkinci Dünya müharibəsi və onun nəticələrindən bu günədək təsirə məruz qalan şəxslərin qəbulu Köçkünlər və Qaçqınlar haqqında federal qanun (BVFG) ilə tənzimlənir. Bu şəxslərin qəbul edilməsi və onların köçməsinin idarə olunması Federal Adminstrasiya İdarəsinin məsul şöbəsinin başlıca vəzifəsidir.
Alman köçkünləri Almaniyaya köçməmişdən əvvəl hələ öz yaşadıqları ərazidə olarkən rəsmi qəbul prosedurundan keçməlidirlər. Federal Adminstrasiya İdarəsi bu prosedur çərçivəsində qanuni şərtlərin həqiqətən təmin olunmasını yoxlayır və bundan sonra qəbul haqqında bildiriş göndərir. Yalnız bu bildiriş Almaniya Federativ Respublikasına giriş hüququnu verir.
Həmçinin alman köçkününün qeyri-alman milliyyətinə mənsub həyat yoldaşı və övladları özləri köçkün xüsusiyyətlərinə malik olmadıqları təqdirdə belə Köçkünlər və Qaçqınlar haqqında federal qanunun şərtlərinə cavab verdikləri halda əsas ərizəçinin müraciət ərizəsinə qoşula bilərlər
Digər məlumatları Siz Federal Administrasiya İdarəsinin rəsmi internet səhifəsindən əldə edə bilərisiniz