Willkommen auf den Seiten des Auswärtigen Amts

Cinsi qısnamanın qarşısının alınması və bu hal ilə davranış

Məqalə

Almaniyanın Xarici İşlər Nazirliyi özünün xaricdəki 220-dən çox nümayəndəliyi və 150-dən çox ölkədən olan əməkdaşları ilə müxtəlifliyi müdafiə edir. Biz işçi heyətimizin müxtəlifliyini qiymətləndirir və dəstəkləyirik. Biz işçilərimizə qarşı və işçilərimiz arasında hörmətsiz rəftara, həmçinin ayrı-seçkiliyə və cinsi qısnamaya qarşı çıxmaq üçün bütün hüquqi vasitələrdən istifadə edirik.
Buraya həmçinin Federal Xarici İşlər Nazirliyinin əməkdaşları və ya layihələri ilə bağlı cinsi istismar, cinsi sui-istifadə və cinsi qısnama halları baş verərsə onların qarşısının alınması və bu barədə məlumat bildirildiyi zaman dərhal reaksiya verilməsi daxildir.
Əgər siz Federal Xarici İşlər Nazirliyinin işçiləri və ya proqramları ilə əlaqədar cinsi istismar, cinsi sui-istifadə və ya cinsi qısnama barədə xəbərdar olsanız və ya belə bir halın qurbanı olsanız, xahiş olunur yaşadığınız yer üzrə məsul olan diplomatik missiyanın şikayət şöbəsi ilə əlaqə saxlamaq üçün aşağıdakı əlaqə formasından istifadə edin.
Şikayətlər üzrə şöbə hər bir şikayəti araşdırmalı və ekspertizanın nəticəsi barədə aidiyyəti şəxsə məlumat verməlidir.

Almaniyanın Bakıdakı səfirliyində cinsi qısnama halları ilə bağlı şikayətlər şöbəsi

Səhifənin əvvəlinə