Yəhudi və alman mühacirəti / Еврейская иммиграция, прием поздних переселенцев
Qəbul günü yalnız cümə axşamı/ Часы приёма только по четвергам: 15:00 – 15:30
Bizimlə e-mail vasitəsilə əlaqə yaratmaq üçün əlaqə blankındakı ünvandan istifadə edə bilərsiniz. Almaniyanın Bakıdakı Səfirliyinin iş saatlarından xaric zamanda mümkün ola biləcək fövqəladə hallar zamanı (viza məsələləri istisna olmaqla) alman vətəndaşları üçün +994 - (0)50 243 01 24 telefon nömrəli çevik yardım xidməti yaradılmışdır. Telefon zənglərinin qəbul saatları: Bazar ertəsi - Cümə axşamı 17:00 - 22:00, Cümə 14:00 - 22:00, Şənbə - Bazar 08:00 - 22:00)
Bina: Almaniyanın səfirliyi İSR-Plaza otelində yerləşir. 7-ci mərtəbədə konsulluq və viza şöbəsi yerləşir. Səfirliyin digər şöbələri 10-cu mərtəbədədir.
Maneəsiz hərəkət etmə imkanları haqqında məlumat Səfirlik əlilliyi olan vətəndaşlara yardım məqsədilə və binanın mövcud şəraiti çərçivəsində işçilərə giriş imkanlarını asanlaşdırmağa çalışır. Maneəsiz hərəkət haqqında suallarınız olduğu təqdirdə və ya yardıma ehtiyacınız olarsa, xahiş olunur bizə müraciət edin. Səfirliyin yerləşdiyi ISR Plaza binasına giriş yalnız qismən maneəsizdir. Yüksək bordürlar, qeyri-bərabər səki və nəqliyyatın sıxlığı səbəbindən həm binanın əsas girişinə, həm də ziyarətçilərin səfirliyə girişi bəzi hallarda kifayət qədər çətin olur. Səfirliyə gələn qonaqlar üçün girişin qarşısında yerləşən avtomobil parkı xüsusi hallarda əvəəlcədən məlumat verilməklə istifadə edilə bilər. Binanın giriş qapısı və həmçinin bütün qapıları kifayət qədər genişliyə malikdir, lakin maneəsiz deyildir və avtomatik açma\bağlama qurğusuna malik deyildir. Səfirliyin bütün mərtəbələrinə liftlə daxil olmaq mümkündür. Səfirlik binasında heç bir əlil tualeti yoxdur. Altı liftdən ikisi Braille əlifbası ilə təchiz olunmuşdur. Görmə qabiliyyətini itirmiş və məhdud görmə qabiliyyətli şəxslər üçün bundan başqa infrastruktur və texniki imkanlar mövcud deyildir.
Aşağıdakı tarixlərdə səfirlik bağlı olacaq:
1 yanvar
bazar
Yeni il bayramı
8 mart
çərşənbə
Beynəlxalq Qadınlar Günü
20-22 mart
bazar ertəsi - çərşənbə
Novruz bayramı
7 aprel
cümə
Matəm cüməsi
10 aprel
bazar ertəsi
Pasxa bayramı
28 may
bazar
Respublika günü
29 may
bazar ertəsi
Troitsa bayramı
28 iyun
çərşənbə
Qurban bayramı
3 oktyabr
çərşənbə axşamı
Alman Birliyi günü
24 dekabr
bazar
Milad axşamı
25 dekabr
bazar ertəsi
1-ci milad günü
26 dekabr
çərşənbə axşamı
2-ci milad günü
31 dekabr
bazar
Yeni il axşamı / Dünya azərbaycanlılarının həmrəyliyi günü
Xahiş olunur yuxarıdakıları, viza və konsulluq şöbəsinin bayram günlərindəki fərqləri, nəzərə alasınız.
Bizimlə e-mail vasitəsilə əlaqə yaratmaq üçün əlaqə blankındakı ünvandan istifadə edə bilərsiniz.Almaniyanın Bakıdakı Səfirliyinin iş saatlarından xaric zamanda mümkün ola biləcək fövqəladə hallar zamanıalman vətəndaşları üçün +994 - (0)50 243 01 24 telefon nömrəli çevik yardım xidməti yaradılmışdır.
Zəhmət olmasa, əsas səhifədə səfirliyin qısamüddətli bağlanması barədə məlumatla tanış olun.