Willkommen auf den Seiten des Auswärtigen Amts

Səfirliyin kiçik layihələri

Schafherde weidet am Ufer eines Flusses

Schafherde weidet am Ufer eines Flusses, © picture alliance

Məqalə

Alman səfirliyi Almaniya İqtisadi əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən ayrılmış xüsusi vəsait hesabına hər il Bakıda əhalinin yoxsul və ən yoxsul təbəqəsinin həyat şəraitinin yaxşılaşdırılması yönündə kiçik tədbirlər həyata keçirir. Bir tədbirin həyata keçirilməsinə ayrılmış vəsait orta hesabla 4000-5000 Avro təşkil edir. Bu vəsaitə əhalinin müəyyən təbəqəsinin həyat şəraitinin yaxşılaşdırılması yönündə kiçik layihə həyata keçirilə bilər.

Bu yardım çərçivəsində su quyularının, içməli su üçün qurğuların quraşdırılması, məktəblərdə yenidənqurma və bərpa işləri, uşaq evlərinə dəstək, əhalinin yoxsullaşmış təbəqələri üçün təhsil ocaqlarının tikilməsi kimi işlər maliyyələşdirilir.

Əgər Siz iştirak üçün hansı şərtlərin yerinə yetirilməsi və ərizəni necə təqdim etmək yollarını öyrənmək istəyirsinizsə, onda bizim iqtisadi şöbə ilə əlaqə saxlayın. İlkin informasiya ilə Siz, bizim saytdan yüklənməsi mümkün olan yaddaş vərəqələrində tanış ola bilərsiniz.

Yaxın gələcəkdə biz nümunə kimi alman səfirliyinin köməkliyi ilə həyata keçirilmiş bir neçə buna bənzər layihə dərc edəcəyik.


Rəy və yaddaş vərəqələrəri

Səhifənin əvvəlinə