Willkommen auf den Seiten des Auswärtigen Amts

Türingiya

Məqalə

Türingiya vilayətinə tez-tez "Almaniyanın ürəyi" deyirlər . Xüsusilə, istirahət landşaftları olan Türingiya meşəsi, cənubi Harts, Kiffhoyzer Dağları, Saaletal və Rhön bu anlayışı formalaşdırıb.

Türingiya vilayətinə tez-tez "Almaniyanın ürəyi" deyirlər . Xüsusilə, istirahət landşaftları olan Türingiya meşəsi, cənubi Harts, Kiffhoyzer Dağları, Saaletal və Rhön bu anlayışı formalaşdırıb.

Almaniyanıın birləşməsindən sonra Erfurt, Gera və Suhl rayonları sərhədyanı bölgələri ilə birgə Azad Türingiya federal vilayətində birləşdilər. Bu federal vilayətdə kənd təsərrüfatı və qida sənayesi mühüm rol oynayır. Əhəmiyyətli iqtisadi sahələrə şüşə, dağ mədəni, ağac, metal məhsulları və maşınqayırma kimi ənənəvi, habelə, plastik, günəş sənayesi və tibbi texnika kimi yeni yaranmış sənaye sahələri aiddir. Azad Türingiya federal vilayətində doqquz dövlət universiteti, o cümlədən 1558-cü ildə yaradılan və Almaniyanın ən qədim universitetlərinə aid olan Fridrix - Şiller -Universiteti Yena yerləşir.

Türingiyada çoxlu əhəmiyyətli şəhərlər var. Məsələn, vilayətin paytaxtı Erfurt, klassiklər şəhəri Veymar, universitet şəhəri Yena, şərqi Türingiyanın mərkəzi kimi tanınan Gera və əvvəllər paytaxt olmuş Gotha, Altenburg və Meiningen şəhərləri. Türingiyada Almaniya tarixinin çoxsaylı mərhələləri həkk olmuşdur. Məsələn, Luter “Ayzenax” bölgəsinin Vartburq şəhərində Bibliyanı almancaya tərcümə etmişdir. Veymar şəhəri həmçinin əhəmiyyətli mədəniyyət mərkəzidir: abidə və muzeylər Höte və Şillerin təsirini aydın şəkildə təsvir edir. Burada həm də 1919-cu ildə “Veymar Respublikası” bəyan olunub. Bu federal vilayət həm də altı multi- janr teatrı, on bir orkestr, Yenanın Mədəni Arenası və Veymar İncəsənət Festivalları ilə tanınır.

Federal Şuranın təsdiqi ilə (yanvar 2013)

Oxşar məzmunlar

Səhifənin əvvəlinə