Willkommen auf den Seiten des Auswärtigen Amts

Şlezviq Holştayn

Məqalə

Şimal və Baltik dənizlərin arasında yerləşən federal torpaq Şlezviq-Holştayn Mərkəzi və Şərqi Avropa üçün Skandinaviya və digər Baltikyanı ölkələrə qapıdır.

Şimal və Baltik dənizlərin arasında yerləşən federal torpaq Şlezviq-Holştayn Mərkəzi və Şərqi Avropa üçün Skandinaviya və digər Baltikyanı ölkələrə qapıdır.
Şlezviq-Holştayn 1946-cı ildə yaranıb. Dəniz kənarında yerləşməsi vilayətə böyük təsir edir. Şimali dəniz-Baltik kanalı, dünyanın ən işlək su yolu və Hanza şəhəri Lübekin qədmi şəhərinin YUNESKO-nun Dünya Mədəni İrsinə aid olması ilə bu federal vilayət şöhrət qazanmışdır. Buranın əhəmiyyətli iqtisadiyyat sahələri: bərpa olunan enerji və ətraf mühit texnologiyasıdır. Şlezviq-Holştayn elektrik ehtiyacının təxminən 40 faizinin külək enerjisi ilə ödəyir.
Tibbi texnika, biotexnologiya, dəniz elmi və yaxud informasiya və kommunikasiya texnologiyaları kimi gələcək sahələr doqquz dövlət universitetində tədris olunur. Mədəni cəhətdən Şlezviq-Holştayn xüsusilə beynəlxalq yelkən idmanının zirvəsini təşkil edən hər il keçirilən "Kieler Woche" və bir qədər kiçik “Travemünder Woche” həftələri ilə məşhurdur. Həmçinin, Şlezviq-Holştayn vilayətinin Musiqi Festivalı və Dövlət Muzeyi Şloss Qottorf bir çox qonaqları cəlb edir.

Dənizlər arasında yerləşən bu federal torpaq əsasən yay vaxtları bütün dünyadan gəlmiş qonaqlara məxsus olur. Yüz kilometrlik Şimali və Baltik dənizlərin sahili, yeddi Şimali və Baltik dənizi adaları və Şlezviq-Holştayn vilayətinin içində yerləşən təxminən 140 göl buranı cəlbedici turizm yerinə çevirir.

Federal Şuranın təsdiqi ilə (yanvar 2013)

Oxşar məzmunlar

Səhifənin əvvəlinə