Willkommen auf den Seiten des Auswärtigen Amts

Saksoniya

Məqalə

Xeyirxahlılıq və istiqanlılıq– bu xüsusiyyətlər müstəqil Saksoniya vilayətinin insanlarına xasdır.

Xeyirxahlılıq və istiqanlılıq– bu xüsusiyyətlər müstəqil Saksoniya vilayətinin insanlarına xasdır.

Saksoniya federal vilayəti 1990-cı ildə Almaniyanın birləşməsindən sonra, əsasən keçmiş Almaniya Demokratik Respublikasının (ADR) rayonları Leypsiq, Xemnits və Drezdendən yaranıb.

Bura bu gün Almaniyanın ən sıx əhalisi olan "yeni" federal vilayətidir. Xarici qonşuları Polşa və Çexiya ilə saksoniyalıların 1991-ci ildən etibarən Neisse - Nisa - Nysa avrozonasında yaxın münasibətləri var. Saksoniyanın ən mühüm iqtisadi faktorları tikinti sənayesi, sənətkarlıq, avtomobil sənayesi və ticarədir. Almaniyada ən yüksək sənayeyə aid olan artım tempi bu federal torpağın əhəmiyyətli istinad nöqtəsdir.

Müstəqil Saksoniya vilayətində beş universitet, beş incəsənət məktəbi və beş kollec yerləşir. Leipsiq Universiteti Almaniyanın ikinci ən qədim daimi mövcud olan universitetdir. Onun yanında həmçinin Beynəlxalq Universitet Zittau kimi yeni müəssisələr yerləşir. Bax, Barok və Meis farforundan düzəlmiş mavi qılınclar Saksoniya mədəniyyətinin nişanəsidir. Bura Semper Operası, Dövlət teatrları və Drezden Dövlət İncəsənət kolleksiyası kimi institutların məkanıdır. İlk növbədə Leypsiq və Drezden şəhərləri canlı klub mədəniyyəti və digər mədəniyyət səhnələri ilə məşhurdur. 17-ci əsrdə yaradılmış Leypsiq Kitab Sərgisi Almaniyanın ikinci ən böyük Kitab Sərgisidir. Amma Saksoniya tək böyük şəhərləri ilə deyil, həmçinin saysız hesabsız turistləri cəlb edən filiz dağları (Erzgebirge) və bu vilayətin İsveçrəsi kimi tanınan mənzərəli landşaftlar ilə də şöhrət qazanmışdır.

Federal Şuranın təsdiqi ilə (yanvar 2013)

Oxşar məzmunlar

Səhifənin əvvəlinə