Willkommen auf den Seiten des Auswärtigen Amts

Saksoniya-Anhalt

Məqalə

Saksoniya -Anhalt - erkən duranların vətənidir. Otto Birinci burada Avropa fikirini yaratmışdır. Martin Lüterin tədris etdiyi Vittenberq Universitetində Reformasiya başlanğıc nöqtəsini qoymuşdur.

Saksoniya -Anhalt - erkən duranların vətənidir. Otto Birinci burada Avropa fikirini yaratmışdır. Martin Lüterin tədris etdiyi Vittenberq Universitetində Reformasiya başlanğıc nöqtəsini qoymuşdur. Bundan başqa, Saksoniya-Anhalt vilayətində eksperimental fizikanın bünövrəsi qoyulmuşdur və rəngli film icad olunmuşdur. 1990-cı ildə Almaniyanın birləşməsindən sonra, Saksoniya- Anhalt yenidən quruldu. Bu federal vilayət iqtisadi cəhətdən erkən sənayeləşmə ilə xarakterizə olunur. Zəngin mineral ehtiyatları ilə Saksoniya –Anhalt vilayətinin yüksələn xammal və kimya sənayesi üçün təməli qoyulmuşdur. Linyit mədəni sənaye inkişafı üçün yüksək enerji tələbatını ödəmişdir. Hətta bu gün maşınqayırma, kimya və yeyinti sənayesinin ənənəvi sahələri ölkənin dominant iqtisadi sektorlarına daxildir. Habelə, biotexnologiya, bərpa olunan enerji və əczaçılıq kimi gələcək-yönümlü sənaye növləri Saksoniya- Anhalt vilayətinin mühüm iqtisadi amilləridir. Erkən duranların vətəni yeddi universitet və çox sayda qeyri - universitet müəssisələrinin məkanıdır. Mədəniyyət ilə maraqlananlar burada zəngin ənənəyə malik olan Lüterştetten, Bauhaus Dessau və Hendelhaus Halle kimi yerləri ziyarət edə bilərlər. Saksoniya- Anhalt həm də on bir bələdiyyə teatrın, musiqi, “Telemann”, ticarət festivallarının vətənidir. Saksoniya- Anhalt vilayətinin landşaftı ilk növbədə geniş vadili Elba çayının axını və Şimali Alman düzənliyindən 1100-dən çox metrə uzanan Harts ilə xarakterizə olunur. Harts bölgəsinin Cənub-Şərqində qalalarla zəngin mənzərəli Saale - Unstrut regionu yerləşir. Uzaq şimalda Altmark bölgəsinə yaxın məhsuldar Magdeburger Börde və cəlbedici Heidel mənzərəsindən həzz almaq olar.

Federal Şuranın təsdiqi ilə (yanvar 2013)

Oxşar məzmunlar

Səhifənin əvvəlinə