Willkommen auf den Seiten des Auswärtigen Amts

Zaarland (Saarland)

Məqalə

"Savoir - vivre" kəlməsi heç bir federal vilayətdə Zaarlanddakı qədər yaxşı anlaşılmır. Bu hal heç də təəccüblü deyil, çünki bura öz tarixi ərzində tez-tez fransız təsiri altında olmuşdur.

"Savoir - vivre" kəlməsi heç bir federal vilayətdə Zaarlanddakı qədər yaxşı anlaşılmır. Bu hal heç də təəccüblü deyil, çünki bura öz tarixi ərzində tez-tez fransız təsiri altında olmuşdur.

II Dünya müharibəsindən sonra Zaarland fransız işğalı altında idi. 1947-ci ildə "Zaar" protektoratı adlanan muxtar bölgəyə çevrilmişdir və 1957-ci ildə keçirilmiş referendumdan sonra Almaniya Federativ Respublikasına aiddir.

Zaarland Almaniyanın federal vilayətlərinin içində vahid Avropaya aparan yolda bir flaqmandır. O, bu gün Lotrinqen və Lüksemburq kimi tərəfdaş ölkələrlə birgə mədəni mübadiləni və sərhədləri aşan əməkdaşlığı gündəlik həyatın ayrılmaz hissəsinə çevirən bir Avropa model regionunu təşkil edir. Zaarland vilayətinin əsas iqtisadi amilləri dağ-mədəni , keramika, polad və avtomobil sənayesi, eləcə də informasiya və biotexnologiya kimi gələcək yönümlü sahələrdir.

Dörd dövlət universiteti, qeyri- universitet tədqiqat institutları və yaxşı inkişaf etmiş texnologiya infrastrukturu artıq bu gün gələcək bazarları təşkil edir. Bu vilayət müxtəlif landşaft quruluşu, həyatsevər və sosial iqlimi ilə xarakterizə olunur. Burada ailə və uşaqlar, eləcə də ətraf mühitin mühafizəsi üçün xüsusilə çox işlər görülür. Belə ki, burada uşaq bağçalarının və günəş sisteminin ən yüksək sıxlığı muşayiət olunur. Vilayətin paytaxtı Zaarbrüken müxtəlif mədəni proqramlar təklif edir və beləliklə, öz meşə və sənaye abidələri ilə zəngin mənzərəli dağ landşaftı qədər ölkəni cəlbedici edir.

Federal Şuranın təsdiqi ilə (yanvar 2013)

Oxşar məzmunlar

Səhifənin əvvəlinə