Willkommen auf den Seiten des Auswärtigen Amts

Reynland- Pfalts

Məqalə

Reynland-Pfalts federal vilayəti Avropanın göbəyində yerləşir. Iqtisadiyyatı güclü olan və özünə güvənən vilayətdir.

Reynland-Pfalts federal vilayəti Avropanın göbəyində yerləşir. Iqtisadiyyatı güclü olan və özünə güvənən vilayətdir.

İstehsalat sektorunun, təhsil və ali təhsil səviyyəsi, həmçinin infrastrukturun genişləndirilməsi əsasında yüksək ixrac dərəcəsi ilə Reynland -Pfalts Almaniyanıın xarici ticarət mərkəzinə çevrilmişdir. Ən əhəmiyyətli iqtisadi amillərə turizm, sənaye, kənd və meşə təsərrüfatı sahələri daxildir. Reynland -Pfalts altı əkin sahəsi ilə aparıcı şərab vilayətidir.

Möhtəşəm pastoral mənzərəsi və 2000 ildən çox mədəni- tarixi buranı bir çox insanlar üçün yaşam və tətil üçün daha cəlbedici edir.

20 universitet və kollec, eləcə də bir çox elmi-tədqiqat institutları və çoxsaylı texnologiya, biznes inkubatorları Reynland –Pfalts vilayətinin digər görməli və turistik yerlərini təşkil edir.

Bu federal vilayətin təxminən 500 qala və saray, Trier şəhərində qədim Roma binaları və dünyaca məşhur Lorelay qayası ilə tanınan dünya mədəni irsinə aid olan Yuxarı Orta Reyn vadisi turistləri cəlb edir. Həmçinin, paytaxt Maynts, Vorms, Şpeyer və Koblents şəhərləri tarixi və mədəni cəhətdən çox əhəmiyyətlidirlər. Reynland- Pfalts 400-dən çox muzey və 50-dən çox festivalları ilə də məşhurdur.

Federal Şuranın təsdiqi ilə (yanvar 2013)

Oxşar məzmunlar

Səhifənin əvvəlinə