Willkommen auf den Seiten des Auswärtigen Amts

Şimali Reyn-Vestfaliya

Məqalə

Şimali Reyn - Vestfaliya əhalisi gur olan, təzadlar və müxtəlifliklərlə dolu olan bir vilayətdir.

Şimali Reyn - Vestfaliya əhalisi gur olan, təzadlar və müxtəlifliklərlə dolu olan bir vilayətdir.

Əhəmiyyətli iqtisadi amillər, yaxşı infrastruktur və ölkənin mərkəzində yerləşməsi ilə Avropanın ən çox urbanizasiyaya məruz qalmış yerlərindən birinə aiddir. Həmçinin, Şimali Reyn – Vestfaliyada Zibenqebirqe (yeddi dağl) kimi kənd təsərrufatının inkişaf etdiyi rayonlar və estetik mənzərələr yerləşir. İqtisadi qüdrətinə görə Şimali Reyn – Vestfaliya bütün digər federal əyalətlərdən öndə durur. Almaniyanın ümumi daxili məhsulunun dörddə biri demək olar ki, buranın payına düşür. 763.000 kiçik və orta şirkətlərlə yanaşı, bu federal torpaqda həm də bir çox böyük şirkətlər, o cümlədən Almaniya Federativ Respublikasının ən güclü dövriyyəyə malik olar şirkətləri yerləşir. Xüsusilə, kimya sənayesi, maşınqayırma, metal istehsalı və emalı Şimali Reyn - Vestfaliyanın nişanəsidir.

Bura habelə media və yaradıcı sənaye, ətraf mühit texnologiyası. informasiya və kommunikasiya texnologiyaları kimi gələcəyə istiqamətlənmiş sektorların vətənidir.

Düsseldorf və Köln mühüm beynəlxalq ticarət şəhərlərdir. Bu federal torpaqda 68 universitet, 100 tədqidat institutu və 50 qeyri- universitet tədqiqat institutları var. Şimali Reyn – Vestfaliya digər görməli yerlər də təklif edir. Bura dünyanın ən sıx və müxtəlif mədəni səhnələrin təqdim edildiyi yerdir. Şimali Reyn – Vestfaliya saysız muzeylərin, konsert salonlarının, mədəniyyət mərkəzlərinin, teatrların, simfonik orkestrlərin və karnavalların məkanıdır. Buna paralel olaraq, burada sərbəst qruplar, qalereyalar, “Off- teatr” və klublardan ibarət bir rəngarəng səhnə inkişaf etmişdir. Köln elektron musiqi və caz mərkəzi, Düsseldorf isə moda şəhəri kimi tanınır.

Federal Şuranın təsdiqi ilə (yanvar 2013)

Oxşar məzmunlar

Səhifənin əvvəlinə