Willkommen auf den Seiten des Auswärtigen Amts

Aşağı Saksoniya (Niderzaksen)

Məqalə

Gerbində at şəkili olan Aşağı Saksoniya federal əyaləti ilk növbədə özünün at gücü ilə məşhurdur, amma o həm də başqa sahələri ilə də tanınır.

Niedersachsenross - Symbol des Landes
Niedersachsenross - Symbol des Landes© Bundesrat / dozornaya / Fotolia

Gerbində at şəkili olan Aşağı Saksoniya federal əyaləti ilk növbədə özünün at gücü ilə məşhurdur, amma o həm də başqa sahələri ilə də tanınır.

Aşağı Saksoniya 550 km sərhədi ilə keçmiş Alman- Almaniya sərhədində ən böyük paya malik idi. Bu əyalət Almaniya Federativ Respublikasının ən böyük ikinci federal əyalətidir və onun yeganə xarici qonşu ölkə olan Hollandiya ilə yaxın əlaqələri mövcuddur. Burada həmçinin Avropa avtomobil sənayesinin ən böyük metropolislərindən birinə aid olan Volfsburq- Hannover – Braunşvayq iqtisadi bölgəsi yerləşir. Bundan əlavə, Almaniyanın Niderzaksen torpağının dəniz limanları Uzaq Şərq, Amerika və dünyanın qalan hissəsi üçün qapıdır. Hannover Aşağı Saksoniyanın paytaxtıdır. Burada ən əhəmiyyətli beynəlxalq sənaye yarmarkaları keçirilir . Aşağı Saksoniya həm də enerji federal əyaləti kimi böyük rol oynayır: Almaniyada çıxarılan neftin 90 faizdən çoxu, subsidiya və təbii qazın üçdə biri buradan gəlir. Bundan başqa, Aşağı Saksoniya bərpa olunan enerjilərin, xüsusilə, külək enerjisi və biokütlənin ötürücüsü kimi məşhurdur.

Autoland Niedersachsen
Autoland Niedersachsen© Bundesrat / picture alliance / dpa

Tədqiqat Aşağı Saksoniyada ənənə halını alıb. Braunşvayq və Qöttinqendəki qocaman, həm də müasir universitetlərdə, Hannoverdəki Tibb Universitetində və çox sayda qeyri - universitet müəssisələrində bunu müşayiət etmək olar. Mədəni cəhətdən bu federal torpaq "Musiqi ölkəsi Niederzaksen" kimi tanınır və buna görə də əyalətdə müxtəlif musiqi fəaliyyətinin inkişafına yüksək dəyər verilir . Urbanizasiyaya az məruz qalmış bu federal əyalət Harts dağ zirvələri, şimal dənizinin yüksək okean iqlimi və Lüneburq yaylası arasında cəlbedici bir mənzərə təklif edir. Bundan əlavə, yeddi Şərqi Frisk adaları məşhur tətil yerləridir.

Federal Şuranın təsdiqi ilə (yanvar 2013)

Oxşar məzmunlar

Səhifənin əvvəlinə