Willkommen auf den Seiten des Auswärtigen Amts

Meklenburq -Vorpommern

Məqalə

Uzunsov sahillər, geniş sahələr və sonsuz göl mənzərələri: Meklenburq -Vorpommern əyaləti fikirlərin səyahət etməsi və ruhun dolaşması üçün çox imkanlar təklif edir.

Uzunsov sahillər, geniş sahələr və sonsuz göl mənzərələri: Meklenburq -Vorpommern əyaləti fikirlərin səyahət etməsi və ruhun dolaşması üçün çox imkanlar təklif edir.

Meklenburq -Vorpommern Almaniyanın birləşməsindən sonra, 1990-cı ildə yaradılıb. O, bütün federal əyalətlərin adambaşına düşən ən böyük sahəsinə və Almaniyanın 2,000 km-lik ən uzun sahilinə malikdir. İstirahət yerləri Baltik dəniz sahilində bir inci zənciri kimi Lübek buxtasından Rüqen adasına qədər uzanıb. 650 gölü və çoxsaylı çayları ilə zəngin olan Mecklenburq göl əraziləri Almaniyada ən böyük qapalı istirahət sahələrindən biridir.

Bu əyalətin feodal keçmişindən bir çox tarixi qalalar və malikanələr şahidlik edirlər. Mədəni cəhətdən bu əyalət həm də onun dövlət və bir çox bələdiyyə teatrları, eləcə də muzey və musiqi festivalları ilə diqqəti cəlb edir. Məsələn, Mecklenburq -Vorpommern hər il Rüqendə keçirilən “Ştörtebeker festivalı” və Almaniyanın ən çox ziyarət olunan açıq hava teatrı ilə tanınır. Bu əyalətdə iki universitet, bir neçə kollec və çoxsaylı yüksək səviyyəli tədqiqat institutları var. Ernst - Moritz - Arndt Universiteti, Greifsvald və Rostock Universiteti dünyanın ən qədim universitetlərinə aiddir. Baltik dənizinin sahilində uzanan əkin və otlaq torpaqları olan geniş ərazilərdə əsasən kənd təsərrüfatı sahəsinin inkişafına üstünlük verilir. Sahil bölgəsindəki həyat əksinə, gəmiqayırma, həmçinin turizm, dəniz ticarəti və balıqçılıq ilə müəyyənləşir. Lakin gələcəkdə burdakı həyat ilk növbədə turizm, sağlamlıq sənayesi, eləcə də informasiya və kommunikasiya texnologiyaları, külək enerjisi və aerokosmik kimi sahələrdən asılı olacaq.

Federal Şuranın təsdiqi ilə (yanvar 2013)

Oxşar məzmunlar

Səhifənin əvvəlinə