Willkommen auf den Seiten des Auswärtigen Amts

Hessen

Məqalə

Hessen coğrafi cəhətdən Almaniya Federativ Respublikasının mərkəzində yerləşir və iqtisadi güclü, ən sıx əhalisi olan əyalətlərdən biridir.

Europäische Zentralbank in Frankfurt
Europäische Zentralbank in Frankfurt© Bundesrat / goodstock - Fotolia.com

Hessen coğrafi cəhətdən Almaniya Federativ Respublikasının mərkəzində yerləşir və iqtisadi güclü, ən sıx əhalisi olan əyalətlərdən biridir. Hessen əsasən bank metropolisi olan Frankfurt-Mayn ilə bütün dünyada tanınır. Ən böyük və ən əhəmiyyətli şəhər kimi Frankfurt –Mayn şəhəri və Reyn-Mayn-sahəsi iqtisadi baxımdan diqqəti cəlb edir. Dünyanın ən əhəmiyyətli aviasiya mərkəzlərindən biri olan Frankfurt hava limanı həlledici töhfəni verir. Frankfurtda Almaniya Fond Birjası, Deutsche Bundesbank və Avropa Mərkəzi Bankı (AMB) yerləşırlər. Həmçinin təxminən 400 digər bank filialları ilə şəhər əsas Avropa bank mərkəzi adını qazanıb. Bundan əlavə, Frankfurt-Mayn mühüm beynəlxalq sərgilərin keçirildiyi məkandır, məsələn, burada keçirilən Frankfurt Kitab Sərgisi dünyanın ən böyük kitab sərgisidir. Hessenin paytaxtı Visbaden əksinə bir konqres və sanatoriya şəhəri kimi tanınır. On iki dövlət və bir sıra digər ali təhsil müəssisələri yüksək səviyyəli tədqiqat və təhsil üçün hesablanıb. Texniki Universiteti ilə tanınan Darmştadt ilk alman şəhəri olaraq "elm şəhəri“ seçilmişdir.

Bir çox şəhər və müstəqil teatrlar federal əyalətin mədəniyyət infrastrukturuna işarə edir. Burada bir sıra dövlət teatrları və dövlət muzeyləri ilə yanaşı, dövlət incəsənət əsərlərinin kolleksiyaları və “documentara” sərgisi ilə tanış ola bilərsiniz. Bundan başqa, ərazisini nəzərə alaraq Hessen Almaniya Federativ Respublikasının ən meşəlik federal əyalətidir. Belə ki, o xüsusilə, Rhön və Taunus adlanan dağlıq ərazilər ilə məşhur istirahət və turizm yeri kimi tanınır.

Federal Şuranın təsdiqi ilə (yanvar 2013)

Oxşar məzmunlar

Səhifənin əvvəlinə