Willkommen auf den Seiten des Auswärtigen Amts

Hamburq

Məqalə

Hamburq Almaniyanın “dünyaya qapısıdır”. Dənizə yaxınlığından savayı daha çox imkanlar təklif edən Müstəqil Hanza Şəhər Hamburq mülki azad düşüncə və dünyaya açıq olması ilə xarakterizə olunur.

Hamburq Almaniyanın “dünyaya qapısıdır”. Dənizə yaxınlığından savayı daha çox imkanlar təklif edən Müstəqil Hanza Şəhər Hamburq mülki azad düşüncə və dünyaya açıq olması ilə xarakterizə olunur.

Hamburq Almaniyanın ikinci ən böyük şəhəridir və üç şəhər dövlətindən biridir. “Müstəqil Hanza Şəhər” adı Hanza Liqasının bir zaman üzvü olan müstəqillik ənənəsini və ticarətin nəzərə çarpmasını əks etdirir. Hamburq ən böyük dəniz limanı və ən mühüm xarici ticarət yeri kimi göstərilə bilər. Eyni zamanda şəhər-dövlət Avropa və dünya bazarlarının kəsişməsində vacib sənaye və xidmət mərkəzidir.

Hamburq alman media metropolisidir. Burada Şimali Alman Radiosu, eləcə də bir çox özəl kanal və ən böyük qəzet, jurnal nəşriyyatlarının mərkəzləri yerləşir. Şəhər həm də konqres və sərgi mərkəzi olaraq yaxşı beynəlxalq nüfuza malikdir. O, 100 konsulluğu ilə dünyanın üçüncü ən böyük konsulluq şəhəridir.

Şəhər-dövlət dəniz ənənəsi və gələcəyin bilik cəmiyyəti arasında zərif körpü yaradır. Bura 17 dövlət və dövlət tərəfindən tanınan universitetlərin məskənidir və onlar Hamburqu tədris və tədqiqat mərkəzi kimi fərqləndirirlər. Bu şəhər öz məşhur müzikalı, 60 teatr, çoxsaylı muzey və sərgiləri ilə mədəniyyət baxımından da insanları cəlb edir. Şəhərin mərkəzində yerləşən Alster həmçinin çoxsaylı park və yaşıl fəzalar Hamburqu bir çox istirahət imkanları ilə zəngin olan böyük yaşıl şəhərə çevirir.

Federal Şuranın təsdiqi ilə (yanvar 2013)

Oxşar məzmunlar

Səhifənin əvvəlinə