Willkommen auf den Seiten des Auswärtigen Amts

Almaniya - səfər etməyə dəyər ölkə!

Məqalə

Berchtesgaden mit Kehlsteinhaus, Salzbergwerk und Nationalpark
Berchtesgaden mit Kehlsteinhaus, Salzbergwerk und Nationalpark© DZT- Deutsche Zentrale für Tourismus

İqamətgahı Frankfurt şəhərində yerləşən Almaniya Turizm Mərkəzi artıq 60 ildir ki, bir sıra müxtəlif tədbirlər və reklam kompaniyaları keçirərək Almaniyanı dünya bazarında turizm ölkəsi kimi təqdim edir. Bu tədbirlər sırasına beynəlxalq turizm yarmarkaları, işçi seminarlar və PR fəaliyyəti daxildir. Federal İqtisadiyyat və Enerji Nazirliyinin sərəncamına əsasən, Mərkəz Almaniyanı xaricdə turizm ölkəsi kimi təbliğ edir. Buna görə də, Almaniya Turizm Mərkəzinin dünya üzrə 30 filialı fəaliyyət göstərir. "Almaniya – valehedici səyahət" veb-saytı fəaliyyət göstərir, hansı ki, Sizin diqqətinizə Almaniyaya səfərlərlə bağlı istənilən səbəblər və istənilən mövzu üzrə müxtəlif əlavə və xidmət informasiyasını çatdırır: toy səyahətlərindən biznes-səfərlərə qədər, tibbi məqsədlə olan səfərlərdən, yaradıcılıq səfərlərinə qədər.

Stiftskirche, Schloss und Altstadt von Quedlinburg
UNESCO-Welterbe Stiftskirche, Schloss und Altstadt von Quedlinburg© Quedlinburg-Tourismus-Marketing GmbH, 2013

2014-cü ildə Almaniya Turizm Mərkəzinin marketinqi "YUNESKO-un Ümumdünya irsi – davamlı mədəni və təbii turizm" əsas şüarı altında keçir. YUNESKO üzrə aşağıda göstərilən xüsusi saytda siz interaktiv xəritələr, 360 dərəcə panoramalar, videofilmlər, Instagram fidlər (feed), həmçinin bu bazar üçün spesifik təkliflər haqqında məlumatlar daxil olmaqla YUNESKO-un Almaniyada olan dünya mirasının bütün obyektlərini əks etdirən şəkil qalereyası ilə tanış ola bilərsiniz. Smartfonlar və planşetlər üçün də optimallaşdırılmış veb-sayt Everplaces-in sosial bələdçisinə və ), bu platforma əsasında hazırlanmış və İOS yaxud Android əməliyyat sistemləri ilə işləyən cihazlar üçün nəzərdə tutulmuş, ümumdünya irsi üzrə proqram təminatına (App) birbaşa çıxış təqdim edir. Daha ətraflı burada


Alman Turizm Mərkəzi

Almaniya - səyahət ölkəsinə, konfrans yerlərinə, alış-veriş və ya gənc insanlar üçün xüsusi təkliflərə dair məlumatlar təklif edir.
Alman Turizm Mərkəzinin (DZT) internet səhifəsi

Oxşar məzmunlar

Səhifənin əvvəlinə