Willkommen auf den Seiten des Auswärtigen Amts

Bremen

Məqalə

Müstəqil Hanza şəhəri Bremen dənizçilər, tacirlər, musiqiçilər, həmçinin ən müasir liman texnikası şəhəridir.

Müstəqil Hanza şəhəri Bremen dənizçilər, tacirlər, musiqiçilər, həmçinin ən müasir liman texnikası şəhəridir. Bremen Almaniyanın 16 federal əyalətinin ən kiçiyidir və şəhər - dövlətlərdən biridir. Bremen əyaləti Bremen və Bremerhaven şəhərlərindən ibarətdir. "Hanza Şəhər“ anlayışı 1358-ci ildə Bremenin qatıldığı Hanza liqa ənənəsinə istinad edir. Bremen ən cənub Alman dəniz limanıdır. Bremenhaven dünyanın ən böyük avtomobil nəqliyyatı nöqtəsidir və Avropanın ən böyük konteyner aşırma mərkəzinə malikdir.

Müstəqil Hanza Şəhərinin tərsanələri gəmiqayırmada keyfiyyətə iddialıdırlar.

Müasir texnika ilə təchiz olunmuş Bremen limanları dünyanın ən sürətli limanlarındandır. Bremen və Bremerhaven birlikdə Almaniyanın ikinci ən böyük dəniz limanını təşkil edirlər və bu əyaləti Almaniyanın iki nömrəli xarici ticarət mərkəzinə çevirirlər. Bremen həm də avtomobil istehsalından aerokosmik və aviasiya texnologiyası, logistika və biotexnologiyadan tutmuş qida və içki sənayesi kimi ənənəvi müəssisələrin vətənidir. Bununla da bura Almaniyanın şimal-qərbində yüksək texnologiya üçün əsas yerə çevrilir.

Bremen əyaləti həmçinin qütb və dəniz tədqiqatı üçün Alfred Vegener İnstitutu kimi universitet, kollec və görkəmli elmi müəssisələri ilə fərqlənir. Bremen mədəniyyətə də laqeyd deyil. Burada canlı teatr, incəsənət və musiqili səhnə, eləcə də çoxsaylı dövlət mədəni yerləri və qalereyaları ilə qarşılaşa bilərsiniz. Həmçinin 1896-cı ildə təsis olunmuş dənizkənarı muzey burada yerləşır. Bu muzey Avropanın ən mühüm və ən çox ziyarət olunan etnoqrafik muzeylərindən biridir .

Federal Şuranın təsdiqi ilə (Yanvar 2013)

Oxşar məzmunlar

Səhifənin əvvəlinə