Willkommen auf den Seiten des Auswärtigen Amts

Berlin

Məqalə

Berlində həyat qaynayır. Şəhər-dövlət Berlin divarının sökülməsindən sonra dünyada işıqlı və cəlbedici qüvvəyə malik olan bir Avropa metropolisinə çevrilib.

Berlində həyat qaynayır. Şəhər-dövlət Berlin divarının sökülməsindən sonra dünyada işıqlı və cəlbedici qüvvəyə malik olan bir Avropa metropolisinə çevrilib.

3 oktyabr 1990-cu ildən etibarən Berlin həm də qanuni olaraq yenidən birləşib, yenidən Almaniya Federativ Respublikasının paytaxtı, parlamentin və hökumətin iqamətgahıdır.
Eyni zamanda, o, sənaye, xidmət, sərgi və konqres mərkəzidir.
Ölkənin bütün bölgələrindən gələn sakinləri və 190-dan çox millətdən ibarət olan şəhər çoxmədəniyyətli spektra malikdir. Berlin Avropada ən çox ziyarət olunan şəhərlərin içində üçüncü yeri tutur.

Tədris və elmi-tədqiqat müəssisələri, eləcə də müxtəlif mədəniyyət səhnəsi metropolisin görkəmini tamamlayır.

Şəhər Berlin Muzey adasının beş muzeyi ilə birgə dünyada ən əhəmiyyətli sərgi komplekslərindən birinə sahibdir. Berlin həmçinin Berlin Ansamblın, Dövlət Opera və Filarmoniyanın vətənidir. Bu şəhər həmdə Beynəlxalq Film Festivalı (Berlinale) və öz gecə həyatı ilə məşhurdur.

Berlin yaradıcı sənaye, səhiyyə / biotexnologiya, enerji və nəqliyyat sistemi texnologiyaları sahəsində öz iqtisadi gələcəyini görür.

Federal Şuranın təsdiqi ilə (yanvar 2013)

Oxşar məzmunlar

Səhifənin əvvəlinə