Willkommen auf den Seiten des Auswärtigen Amts

Bavariya

Məqalə

Bu dünyada Bavariya federal torpağıkimi, keçmiş və gələcək arasında belə bir inandırıcı körpü tikə biləcək, yüksək sənaye bölgəsini çətin tapa bilərsiniz.

Bu dünyada Bavariya federal torpağıkimi, keçmiş və gələcək arasında belə bir inandırıcı körpü tikə biləcək, yüksək sənaye bölgəsini çətin tapa bilərsiniz.

Bu federal torpaq 1000 ildən çoxdur ki mövcuddur və ərazisinə görə ölkənin ən böyük vilayəti, əhalisinə görə Almaniya Federativ Respublikasının sayca 2-ci böyük əyalətidir.

Region München: Standort global agierender Unternehmen
Region München: Standort global agierender Unternehmen© Bundesrat

Bu gün Bavariyanın ərazisində dil, adət və müxtəlif həyat hissi üzrə üç böyük regionla qarşılaşmaq olar: qədim Bavariya, Frankoniya və Şvabiya regionu.

Bu fərqliliklər tək Münhen şəhərində deyil, həmçinin ölkənin bütün yerlərində mədəni həyatı zənginləşdirir.

Bavariya mədəniyyəti öz ansamblına sahib olan dörd dövlət və 17 bələdiyyə teatr
ı, sənət muzeylərini, Bayroyt Vagner Festivalını əhatə edir. Həmçinin Bavariyaya bir çox yerlərdə yaşadılan xalq musiqisi və „Münhen Oktoberfest“ festivalı ilə tanınır.

Bavariya hələ də Almaniyanın ən məşhur turizm yeridir .

Hətta Münhenin və ətrafının, habelə Nürnberq – Erlangen-Fürth rayonunun sənaye
aqlomerasiyasıilə müasir iqtisadi quruluş bu gün ölkəni fərqləndirir. Müxtəlif sənaye sahələrini əhatə edən güclü orta sinif, həmçinin qabaqcıl texnologiyalar (aviasiya və aerokosmik daxil olmaqla) əvvəllər kənd təsərrufatı ilə tanınan Bavariyanı müasir sənaye dövlət istiqamətində inkişaf etməyə kömək edir.

Federal Şuranın təsdiqi ilə (yanvar 2013)

Oxşar məzmunlar

Səhifənin əvvəlinə