Willkommen auf den Seiten des Auswärtigen Amts

Baden -Vürtemberq

Məqalə

Baden -Vürtemberq yüksək texnologiya, avtomobil sənayesi, eləcə də ikinci ən böyük şərab istehsalçısı kimi ad çıxarıb.

Baden -Vürtemberqlilər qürurla özləri haqda deyirlər ki, Alman dilində yüksək səviyyədə danışmaqdan başqa, burdakı insanlar hər şey bacarırlar. Üzümçülüklə yanaşı yüksək texnologiya, və avtomobil istehsalını yaxşı bacarıralar.

Baden -Vürtemberq 1952-ci ildə Vürtemberg - Hohentsollern, Vürtemberg - Baden və Baden torpaqlarının ittifaqından yaranıb.
Bu gün ixrac göstəricilərinə görə üçüncü ən böyük federal torpaq Almaniya Federativ Respublikasında üst qrupa aiddir.

Baden -Vürtemberq yüksək texnologiya, avtomobil sənayesi, eləcə də ikinci ən böyük şərab istehsalçısı kimi ad çıxarıb.

Bu federal vilayət zəngin mədəniyyətə malikdir. Məsələn, paytaxt Ştuttgart öz baleti ilə məşhurdur. Burada yeddi universitet və digər çoxsaylı təhsil müəssisələri yerləşir.

Baden -Vürtemberq həm də tətil üçün cəlbedicidir. Şvartsvald, Şvebişe Alb və Bodensee kimi bir çox istirahət yerləri və spa mərkəzləri, maraqlı şəhərlər və cazibədar mənzərələr hər il minlərlə turisti cəlb edir.

Federal Şuranın təsdiqi ilə (yanvar 2013)

Oxşar məzmunlar

Səhifənin əvvəlinə