Willkommen auf den Seiten des Auswärtigen Amts

İnsan hüquqları: Alman xarici siyasətinin təməli

Məqalə

Almaniya insan hüquqlarının bütün dünyada qorunmasının sadiq tərəfdarıdır. Çünki insan hüquqlarına sadiqlik xarici siyasətimizin yalnız əsas dəyərləri deyil, bu həmçinin Almaniyanın maraqlarına xidmət edir.

İnsan Hüququları haqqında  Ümumi Bəyannamə

Das internationale Symbol für Menschenrechte
Das internationale Symbol für Menschenrechte. © AA

1948-ci ildə, təxminən 70 il əvvəl, Parisdə dünyanın hər yerindən kişi və qadınları bir araya gətirən daha yaxşı bir dünya haqqında xəyal idi. Bütün insanların öz ləyaqətləri daxilində bir fərd kimi qorunduğu bir dünya: onlar İnsan Hüququları haqqında  Ümumi Bəyannaməni qəbul etmişdirlər.

Bu Bəyannamə insanlara „xas olan ləyaqət hissinin və onların bərabər və ayrılmaz hüquqlarına“ əsaslanır: hər bir şəxs dərisinin rəngindən, cinsindən, dilindən, dinindən və digər meyarlardan asılı olmayaraq bu hüquqlara malikdir. Hər bir şəxs insan hüquqlarına malikdir – ən az insanın insan olduğuna görə və insanları fərqləndirən xüsusiyyətlərdən belə asılı olmayaraq.

Hər bir insan cəmiyyətinin təməli

Almaniyanın insan hüquqlarına səy göstərmək öhdəliyi alman tarixinin ən qaranlıq səhifələrindən götürülmüş bir dərsdir. Bu səbəbdən Konstitusiyanın 1-ci maddəsində insan ləyaqəti habelə toxunulmaz və ayrılmaz insan hüquqları dünyanın hər bir insan cəmiyyətinin, sülhün və ədalətin təməli kimi göstərilmişdir. Bununla Konstitusiya yalnız Almaniyada insan hüquqlarını təmin etmir, o, bizi həm də insanların ləyaqətini və əsas azadlıqlarını qorumaq üçün dünyada səy göstərməyə sövq edir.

Mənəvi öhdəlik və siyasi maraq

Portrait of Luise Amtsberg, Federal Government Commissioner for Human Rights Policy and Humanitarian Aid at the Federal Foreign Office
Luise Amtsberg, Federal Government Commissioner for Human Rights Policy and Humanitarian Aid at the Federal Foreign Office © Marco Fischer
İnsan hüquqlarının qorunmasına səy göstərmək Konstitusiyada öz əksini tapmış yalnız mənəvi və hüquqi öhdəlik deyil. İnsan hüquqlarının qorunması Almaniyanın xarici siyasət maraqlarına da aiddir. Dünyada baş verən  hadisələr göstərir ki, insan hüquqlarının pozulduğu yerdə uzun müddətli sülh və sabit inkişaf ola bilməz. Lakin qorunan azadlıq və insan ləyaqəti  yaradıcılıq və rifahın bir daşıyıcı qüvvəsi kimi özünü doğrultmuşdur.

Federal xarici işlər nazirliyində insan hüquqularına dair siyasət üçün fedel hökumətin insan hüquqları və humanitar yardım üzrə müvəkkili xanım Luise Amtsberg ilə yanaşı insan hüquqları və gender məsələləri üzrə xüsusi şöbə cavabdehdir. Onlar birlikdə müxtəlif vasitələrdən istifadə edirlər: qeyri-hökumət təşkilatları üçün dəstək proqramları, siyasi dialoq, ictimai bəyanatlarlar və ya səssiz diplomatiya artıq bir çox ölkələrdə insan hüquqlarının vəziyyətini yaxşılaşdırıb.

Federal hökumətin insan hüquqlarına dair 14-cü hesabatı: BMT Təhlükəsizlik Şurasında insan hüquqlarına səy göstərmək öhdəliyi


İnsan hüquqlarının ən yaxşı müdafiəçisi: işlək vətəndaş cəmiyyətidir.


İnsan hüquqlarının müdafiəsi üçün əsas şərt mümkün ola biləcək hüquq pozuntularını izləyə bilən ictimaiyyətin olmasıdır. Burada Almaniyanın üzərinə düşən iş xüsusi diqqət çəkir. Qeyri-hökumət təşkilatları, dini qruplar, ziyalılar və şəxsiyyətlər ilə dialoqda Almaniya, dünya miqyasında canlı və diqqətli vətəndaş cəmiyyətlərini təbliğ edir. Vətəndaşlar dövlətdən asılı olmayan müstəqil qruplarda və ictimai forumlarda iştirak edə bilərlərsə, bu, insan hüquqlarının pozulmasına qarşı mübarizə üçün ən yaxşı yollardan biridir.

„Vətəndaş cəmiyyəti və insan hüquqları“ mövzusu haqqında daha ətraflı

Almaniyanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr

Schriftzug zu Artikel 1 des Grundgesetzes: Die Würde des Menschen ist unantastbar vor verwaschenem Hintergrund
Artikel 1 des Grundgesetzes: Die Würde des Menschen ist unantastbar. © photothek.net

Birləşmiş Millətlər Təşkilatının üzv dövlətləri tərəfindən BMT-nin Nizamnaməsi və İnsan Hüququları haqqında Ümumi Bəyannamənin əsasında insan hüquqlarının müdafiəsi üçün hərtərəfli müqavilə sistemi yaradılmışdır. Almaniya Birləşmiş Millətlər Təşkilatının bütün insan hüquqları konvensiyaları və əlavə protokollarına qoşulub və müntəzəm olaraq müqavilə öhdəliklərinin yerinə yetirilməsi barədə müqavilə komitələrinə hesabatlar verir.

„İnsan hüquqları Birləşmiş Millətlər Təşkilatında“ mövzusu haqqında daha ətraflı

Avropada da insan hüquqları müdafiə təşkilatlarının sıx bir şəbəkəsi vardır. Avropa İttifaqı ilə yanaşı, xüsusilə Avropa Şurası və ATƏT əsas rol oynayırlar:

Səhifənin əvvəlinə