Willkommen auf den Seiten des Auswärtigen Amts

2019/20-ci illər üçün BMT Təhlükəsizlik Şurasına Almaniyanın namizədliyi

03.07.2017 - Məqalə

Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq üçün öz namizədliyini irəli sürüb. Seçkilərin 2018-ci ilin iyun ayında BMT Baş Assambleyasında keçirilməsi gözlənilir.

​​​​​​​

Deutschland Mitglied des Sicherheitsrats der Vereinten Nationen Logo
Deutschland Mitglied des Sicherheitsrats der Vereinten Nationen Logo© Auswärtiges Amt

Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq üçün öz namizədliyini irəli sürüb. 27 iyun 2016-cı il tarixində Hamburq şəhərində Almaniya xarici işlər naziri Dr. Frank-Valter Ştaynmayer Almaniyanın 2019/20-ci illər üçün namizədliyini elan etmişdir. Seçkilərin keçirilməsi 2018-ci ilin iyun ayina BMT-nin Baş Assambleyasında baş tutacaqdır. Yenidən namizədliyimizi irəli sürməyimiz ( son dəfə biz 2011/2012-ci illərdə Təhlükəsizlik Şurasının üzvü idik) Təhlükəsizlik Şurasının məşğul olduğu sülh və təhlükəsizlik qarşısında  duran işlərdə öz fəal töhfəmizi vermək kimi siyasi iradəmizin ifadəsidir. Bizim təkrar üzvlüyümüz BMT-də mövqeyimizi və siyasi çəkimizi təsdiq edərdi.

Leybnits global və regional araşdırmalar İnstitutunun (GIGA) dəvəti ilə Hamburg ratuşasında keçirilən "GIGA Distinguished Speaker Lecture Series" (Görkəmli xadimlərin mühazirələri) zamanı nazir Ştaynmayer öz nitqində BMT Təhlükəsizlik Şurasının əhəmiyyətini vurğulamışdır.

„Bu narahat dövrlərdə sülh uğrunda mübarizədə bizə Birləşmiş Millətlər Təşkilatı və Təhlükəsizlik Şurası həmişəkindən daha çox lazımlıdır. BMT Təhlükəsizlik Şurasının getdikcə artan tənqidə məruz qalmasına və fəaliyyətinin təəssüf olaraq bəzən dayandırılmasına baxmayaraq, bu yeqanə orqandır ki, münaqişələrin qarşısının alınması və sülhün bərqərar olunmasına dair məcburi beynəlxalq hüquqi tədbirlərə dair qərarlar qəbul edə bilər. Bütün inamsızlıqlara rəğmən: keçən il Təhlükəsizlik Şurası 63 qətnamədən 60-nı yekdilliklə qəbul etmişdir. Təhlükəsizlik Şurası mərkəzi qlobal böhran idarəçisidir! "

Bu Almaniya üçün xüsusi əhəmiyyət daşıyır. Nazir Staynmayerin sözlərinə görə: „Almaniya bütün dünya ilə iqtisadi, siyasi və sosial sahələr üzrə sıx şəbəkəyə və bəzi araşdırmalara görə, dünyanın qlobal şəbəkəsinə ən uğurlu inteqrasiya edən ölkə olaraq sülhsevər və qaydalarla idarə olunan beynəlxalq nizamlardan xüsusilə asılıdır. Və bu elə olduğuna görə, biz bu qaydaların qorunması və daha da inkişaf etdirilməsi üçün əlimizdən gələni etməliyik“

Almaniyanın BMT-dəki fəaliyyətini „sülh, ədalət, tərəfdaşlıq və innovasiyalar“ sözləri ilə xarakterizə etmək olar. Bunlar seçkiqabağı kampaniyanın baş prinsipləridir.

Grafische Darstellung der Mitglieder des Sicherheitsrats in englischer Sprache
Mitglieder des Sicherheitsrats© Bundesregierung

Sülh

“Nizamından çıxan” dünyada beynəlxalq ictimaiyyət ənənəvi və yeni təhdidlərə heç bir zaman olmadığı kimi daha çox  birgə cavab vermək məcburiyyətindədir. Almaniya bu işdə etibarlı tərəfdaşdır: demək olar ki,  30 ildən bəri biz sülh missiyalarında həm kadrları həm də maliyyə vəsaitləri cəlb edirik. Münaqişələrin qarşısının alınması, sabitləşmə, münaqişələrdən sonrakı reabilitasiya və silahlara nəzarət xarici siyasətimizin əsas istiqamətlərindən biridir.

Ədalət

Almaniya işlək, dəyərlərə arxalanan dünya asayişinin qorunması naminə fəal səylər göstərir. İnsan hüquqları qlobal birgə yaşayışın təməlidir. Gender bərabərliyi və bütün qadın və qızların öz müqəddəratını təyinetməsi, sosial inteqrasiya habelə iqtisadi, sosial və mədəni hüquqlar bizim hər gün qlobal səviyyədə zamin durduğumuz əsas dəyərlərə aiddir.
İnnovasiya

Bizim əsas məsələlərimizdən biri iqlim siyasətidir. Paris danışıqlarında razılaşdırılımış hüquqi iqlim müqaviləsi  dünyada davamlı enerji təchizatı üçün yol açır. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının qurucu üzvü kimi, biz bərpa olunan enerji sahəsində qabaqcıl ölkə qismində müxtəlif təcrübə və ambisiyaları bölüşürük. Bütün uşaqlar və gənclər üçün bərabər və keyfiyyətli təhsil də  eyni ilə bizim əsas məsələlərimizə daxildir. Bu mövzular ilk baxışda təhlükəsizlik üçün vacib görünməyə bilər lakin onlar dinc, azad cəmiyyətlərdə əsas şərtlərdir. Təhsilə, su haqqında biliklərdən xəbərsiz, sağlam ətraf mühit olmadan heç bir təhlükəsizlikdən söhbət gedə bilməz.

Sitzung des UN-Sicherheitsrats
Sitzung des UN-Sicherheitsrats© picture alliance / dpa


Tərəfdaşlıq

Almaniya Dünyanın  tərəfdaşıdır. Bizim üçün tərəfdaşlıq  eyni ilə eyni arasındakı münasibət deməkdir. Biz öyrənmək istəyirik və biz öz təcrübələrimizi inkişafın qulluğuna təqdim etmək istəyirik. Buna görə də biz inkişaf naminə siyasəti gələcəyə sərmayə kimi başa düşürük: inkişaf siyasəti strukturlar yaratmaq,  bilik və ideyaları bölüşmək, özlərinə kömək edə bilmək üçün insanlara kömək etmək deməkdir. Almaniya dünyaya daha çox insani sima vermək üçün öz töhfəsini vermək istəyir və bunu bacarır. Buraya qaçqınlarla ədalətli və insani davranış daxildir. Məcburi qaçqınlığın səbəbləri yerindəcə dəf edilməlidir. Bu səbəbdən Almaniya Birləşmiş Millətlər Təşkilatının Qaçqınlara Yardım Agentliyi  və Ümumdünya Ərzaq Proqramı kimi təşkilatlarda əhəmiyyətli dərəcədə iştirak edir.

əlavə məzmunlar

Səhifənin əvvəlinə