Willkommen auf den Seiten des Auswärtigen Amts
Xarici işlər naziri Hayko Maas
Hayko Maas 14 mart 2018-ci il tarixindən etibarən federal xarici işlər naziridir.

Tərcümeyi-hal
Hayko Maas 14.03.2018-ci il tarixində xarici işlər naziri vəzifəsinin icrasına başladı.
19 sentyabr 1966-ci ildə Saarlouis şəhərində anadan olmuşdur
1987: Orta məktəbi bitirmişdir
1988: Saarlouis şəhərində Ford zavodunun əməkdaşı
1989 - 1993: Saarland universitetinin hüquqşünaslıq fakültəsində təhsil, 1-ci dövlət imtahanı
1994-1996 and 1999-2013: Saarland Landtaqının deputatı
1996: İkinci dövlət imtahanı
1996 - 1998: Saarland federal torpağının ekologiya, energetika və nəqliyyat nazirinin müavini
1998 - 1999: Saarland federal torpağının ekologiya, energetika və nəqliyyat naziri
1999 - 2012: Saarland Landtaqının SPD -fraksiyasının sədri
2000 - 2018: Saar bölgəsində SPD partiyasının sədri
2012 - 2013: Saarland federal torpağının iqtisadiyyat, əmək, energetika və nəqliyyat naziri və baş nazirin müavini
2013 - 2018: Ədliyyə və istehlakçıların hüquqlarının müdafiəsi üzrə federal nazir
since 14.03.2018: Federal xarici işlər naziri