Willkommen auf den Seiten des Auswärtigen Amts
Almaniyaya daxil olarkən karantin qaydaları
Almaniyaya daxil olarkən karantin qaydaları haqqında məlumatları ilə buradan tanış ola bilərsiniz.
Almaniyada karantin qaydaları ayrı-ayrı federal torpaqlar tərəfindən tənzimlənir. Federal torpaqlar və Almaniyanın federal hökuməti arasında razılaşdırmalardan sonra Almaniyanın federal daxili işlər nazirliyi nümunə kimi qaydalar modeli hazırladı və federal torpaqlar əsasən bu modeli öz tənzimləmələrində tətbiq etdilər.
Almaniyayaya daxil olmaqdan əvvəl son 14 gün ərzində risk bölgəsində yaşadığınız halda
• Almaniyaya daxil olarkən dərhal sonra birbaşa öz yaşayacağınız yerinizə getməlisiniz;
• evdə özünüzü ətrafdan təcrid etməlisiniz və
• yaşayış yeri üzrə cavabdeh səhiyyə idarəsinə e-poçt və ya telefonla gəlişiniz barədə məlumat verməlisiniz.
Məsul səhiyyə idarəsi ilə vaxtında əlaqə saxlamaq mümkün olmadığı təqdirdə və ya həmin idarə dərhal fəaliyyətə keçə bilmədiyi halda, xahiş olunur yerli icra orqanlarına məlumat verin.
Risk bölgəsində yaşayış deyərkən ölkəyə girişdən əvvəl son 14 gün ərzində hər hansı müddət risk bölgəsi sayılan ərazidə olmaq nəzərdə tutulur.
Həlledici amil ölkəyə giriş zamanı əvvəlki yaşayış bölgəsinin risk zonası kimi təyin edilib-edilməməsidir (yəni mütləq bu ərazidə yaşadığınız müddətdə olması şərt deyildir).
İstisna: tranzit (tranzit)
Evdə təcrid olmaq öhdəliyi tranzit səfərlərə aid edilmir. Lakin bu halda Siz dərhal Almaniyanın ərazisini tərk etməyə məcbursunuz.
İstisna: mənfi test nəticəsi haqqında arayış
Əgər Siz SARS CoV-2 virusuna yoluxmadığınızı sübut edə bilsəniz, bu karantin qaydaları Sizə tətbiq edilmir.
Sübut tibbi arayışla təmin edilməlidir. Bir infeksiyanın olub-olmamasına dair molekulyar bioloji test ölkəyə girişdən ən çox 48 saat əvvəl keçirilmiş olmalıdır(yəni boğazdan yaxma ölkəyə girişdən ən çox 48 saat əvvəl götürülməlidir). Test ya Avropa İttifaqına üzv ölkədə və ya eyni keyfiyyət standartına cavab verən bir ölkədə keçirilməlidir.
Alternativ olaraq, test ölkəyə girişdən sonra
• sərhəd keçid məntəqəsi və ya
• yaşayış yerində keçirilə bilər.
Testin ölkəyə girişdən əvvəl və ya sonra keçirilməsindən asılı olmayaraq, test nəticəsi ölkəyə daxil olduqdan sonra ən az 14 gün saxlanılmalıdır. Səhiyyə idarəsi tələb etdiyi təqdirdə oraya təqdim edilməlidir.