Willkommen auf den Seiten des Auswärtigen Amts

Ölkəyə girişin dayandırılması müddətində viza müraciətlərinin işlənməsinə dair viza şöbəsinin məlumatı

Məqalə

Covid 19 pandemiyasının qarşısının alınması tədbirləri çərçivəsində tətbiq olunan ölkəyə giriş qadağası səbəbindən səfirliyin viza şöbəsi hazırda bağlı qalmaqdadır. Viza müraciətlərinin qəbulu və işlənməsi dayandırılmışdır. Burada istisnalar  yalnız giriş qadağasından birmənalı şəkildə azad edilmiş şəxslərin müraciətləri təşkil edir (bax: aşağıda).


Səfirliyin bağlı olduğu müddətə təsadüf edən və artıq götürülmüş qəbul vaxtları başqa tarixə keçirilmək imkanı olmadan ləğv edilir və yeni qəbul vaxtı götürmək lazımdır.


Hazırda giriş qadağasının aradan qaldırılacağı tarix məlum deyildir. Müraciətlərin müntəzəm qəbulu və işlənməsi bərpa olunan kimi və görüş sistemi ilə viza ərizələrinin verilməsi üçün görüş vaxtının alınması  qəbul vaxtı təyin etmə sistemi vasitəsilə yenidən mümkün olan kimi, səfirlik müvafiq məlumatları öz rəsmi internet səhifəsində yerləşdirəcəkdir.


Xahiş olunur nəzərə alın ki, artıq təqdim olunmuş viza müraciətlərinin işlənməsi yalnız  giriş qadağası aradan qaldırıldıqdan sonra yekunlaşdırıla bilər. Lakin işlənmə proseduru üçün tələb olunan çatışmayan sənədlərin qəbulu davam edir və səfirliyin iş günlərində səhər saat 11: 15-dən 11: 45-dək təqdim edilə bilər.


Giriş qadağasından birmənalı şəkildə istisna olan hallar:


- öz daimi yaşayış yerinə geri qayıdan Aİ-vətəndaşları (ö cümlədən, Böyük Britaniya vətəndaşları) və Şengen dövlətlərinin vətəndaşları ailə üzvləri ilə birlikdə,


- öz daimi yaşayış yerinə geri qayıdan və uzunmüddətli yaşamaq icazəsi olan (o cümlədən, milli viza sahibləri) üçüncü dövlət vətəndaşları,


- „vacib funksiya daşıyan“ üçüncü dövlət vətəndaşları, qərara əsasən buraya aiddir:
- tibbi personal, tibbi tədqiqatçılar və xəstəyə qulluq personalı,


- gündəlik olaraq sərhəd keçən şəxslər, yükdaşıma habelə digər zəruri nəqliyyat sahəllərinin (məs. pilotlar) personalı,


- diplomatlar, beynəlxalq təşkilatlarının əməkdaşları, hərbi personal, humanitar yardım vəzifələrini icra edən şəxslər,


- tranzit sərnişinlər (həmçinin konsulluq yardımı ilə öz vətənlərinə geri qayıdan şəxslərə aiddir),


- beynəlxalq və ya digər humanitar səbəblərə görə müdafiəyə ehtiyacı olan şəxslər.


Yuxarıda göstərilən səbəblərə görə giriş qadağasından istisna olunursunuzsa və vizaya ehtiyacınız varsa, zəhmət olmasa əlaqə  üçün ərizə formasını (səfirlik ilə əlaqə linki) istifadə etməklə səfirliyin viza şöbəsinə müraciət edin.

Səhifənin əvvəlinə