Willkommen auf den Seiten des Auswärtigen Amts

Səfir Mixael Kindsqrabın Şəki və Zaqatalaya səfəri

Şəkil qalereyası

12-13 dekabr tarixində səfir Mixael Kindsqrab Şəki və Zaqatalaya səfər etmişdir. Səfərin əsas mövzuları iqtisadiyyat və ətraf mühitlə bağlı məsələlər, eləcə də Almaniya tərəfindən maliyyələşən layihələrə baxış olmuşdur.

12-13 dekabr tarixində səfir Mixael Kindsqrab Şəki və Zaqatalaya səfər etmişdir. Səfərin əsas mövzuları iqtisadiyyat və ətraf mühitlə bağlı məsələlər, eləcə də Almaniya tərəfindən maliyyələşən layihələrə baxış olmuşdur.

Səfir Kindsqrab baş nazirin müavini cənab Abid Şərifovun rəhbərliyi altında alman İnkişaf Bankı tərəfindən maliyyələşən „Gəncə və Şəkidə su təchizatı, kanaliyasiya və çirkab suyun emalı“ layihəsinin müzakirəsinə həsr olunmuş rəhbər komitə iclasında iştirak etmişdir. Kindsqrab baş nazirin müavininə bu mürəkkəb və eyni zamanda mühüm layihəyə göstərdiyi güclü dəstəyə görə təşəkkürünü bildirmişdir.

Şəki şəhər icra başçısı cənab Elxan Usubovla keçirilən görüşdə bölgənin xüsusilə kənd təsərrüfatı və turizm sahələrində iqtisadi potensialı əsas müzakirə mövzuları olmuşdur. Səfir Kindsqrab şirkətlərin iqtisadiyyatın şaxələndirilməsi sahəsində cəhdlərini yüksək qiymətləndirmiş və alman-azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu xüsusi qeyd etmişdir. O, sonra şəhərin su və kanalizasiya qurğularının yenilənməsi ilə bağlı aparılan tikinti işləri tanış olmuş, Şəki ipək fabrikində və 18-ci əsrdə tikilmiş Şəki Xan sarayında olmuşdur.

Səfir Zaqatalada icra başçısı Mübariz Əhmədzadə ilə görüşmüş və ətraflı müzakirə aparmışdır. Alman inkişaf əməkdaşlığının dəstəyilə ilə həyata keçirilən “Zaqatala-Balakən biomüxtəliflik layihəsi”nə baxış qorunan ərazilərin yaxınlığında yaşayan insanların müasir istifadə etmə konseptinə böyük maraqlarının olduğunu aydın göstərmişdir. İcma nümayəndələri ilə müzakirə göstərmişdir ki, layihə tərəfdaşları öz yanaşmaları ilə ətraf mühit və təbiəti qoruma sahələrində aidiyyatı olan hər kəsin qazanc əldə edəcəyi düzgün istiqamətdədirlər. Zaqatalaya səfərin sonunda səfir Kindsqrab fındıq və tütün zavodlarında olmuşdur.

Səfir Mixael Kindsqrabın Şəki və Zaqatalaya səfəri

Oxşar məzmunlar

Səhifənin əvvəlinə