Willkommen auf den Seiten des Auswärtigen Amts

Səfirin Naxçıvana səfəri

Şəkil qalereyası

Cənab səfir Naxçıvan Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovla görüşdü və görüş əsnasında Almaniya və Azərbaycan arasında münasibətlər haqqında fikir mübadiləsi aparıldı.

Cənab səfir Naxçıvan Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovla görüşdü və görüş əsnasında Almaniya və Azərbaycan arasında münasibətlər haqqında fikir mübadiləsi aparıldı. Hər iki tərəf iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşməsi üçün danışıqları davam etdirmək barədə qərar verdilər. Səfir Kindsqrab Muxtar Respublikanın İqtisadiyyat naziri Famil Seydiov və Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Əsgər İsmayılov görüşdə əsasən iqtisadiyyat və konsulluq məsələləri ilə əlaqədar müzakirələr aparıldı.

Səfərin diqqət mərkəzində Muxtar Respublikanın iqtisadi potensilə ilə tanışlıq dururdu. Cənab Kindsqrab Naxçıvan Biznes Mərkəzində xüsusilə respublikanın kənd təsərrüfatı məhsulları ilə tanış oldu. Bundan başqa səfir sənaye şəhəri hesab olunan Naxçıvanda 2010-cu ildən fəaliyyət göstərən NAZ-Lifan avtomobil zavodu ilə tanış oldu. Bu zavodda Çin modellerinə uyğun olaraq minik avtomobillərinin yığımı təşkil olunur.

Səfir Kindsqrab Naxçıvanda bir neçə muzeydə və Duz Dağı müalicə mərkəzində olmaqla Muxtar Respublikanın turizm potensialı ilə tanış oldu. Səfər proqramı çərçivəsində ən vacib görüşlərdən biri də Naxçıvan Özəl Universitetinin rektoru İsmayıl Əliyev və alman dilini tədris edən müəllimlərlə görüş idi. Hər iki tərəf 2015-ci ildən özəl universitet və Lüdviq Maksimilian Münhen universiteti arasında əməkdaşlığın vacibliyini xüsusi qeyd etdilər.

Səfirin Naxçıvana səfəri

Oxşar məzmunlar

Səhifənin əvvəlinə