Willkommen auf den Seiten des Auswärtigen Amts

Səfirin Lənkərana səfəri

Şəkil qalereyası

Avropa günü ilə əlaqədar keçirilən tədbirlərdən sonra, 8 may tarixində səfir Mixael Kindsqrab Lənkəranda ikitərəfli siyasi və iqtisadi görüşlər keçirdi.

Avropa günü ilə əlaqədar keçirilən tədbirlərdən sonra, 8 may tarixində səfir Mixael Kindsqrab Lənkəranda ikitərəfli siyasi və iqtisadi görüşlər keçirdi.

O, Lənkəran şəhər icra hakimiyyətinin başçısı cənab Taleh Qaraşovla görüşdü və bu görüşdə rayounun xüsusilə kənd təsərrüfatı və turizm sahələrində iqtisadi potensialı haqqında ətraflı fikir mübadiləsi aparıldı.

Səfir alman kapitalının da cəlb olunduğu Access bankın Lənkəran filialında da oldu və orada ona bölgədəki aktual iqtisadi vəziyyətlə əlaqədar məlumatlar verildi. Bank filialı söhbət zamanı səfirə Azərbaycanda özəl sektorda inkişaf haqqında danışdı.

Səfir Kindsqrab günün ikinci yarısı Lənkəran konserv zavodunda da oldu və orada ona zavodun yerli meyvə və tərəvəz istehsalçıları ilə əməkdaşlığı haqqında məlumat verildi. Bölgənin ən tanınmış məhsulu olan çay səfirin səfər proqramında olmaya bilməzdi. Səfir „Yaşıl çay“ şirkətinin alman kənd təsərrüfatı üsulu ilə fəaliyyət göstərən çay plantasıyasında şirkət sahibləri ilə çay istehsalı sahəsində inkişaf planları və artım şansları ilə əlaqədar fikir mübadiləsi apardı.

Səfirin Lənkərana səfəri

Oxşar məzmunlar

Səhifənin əvvəlinə