Willkommen auf den Seiten des Auswärtigen Amts

Səfir Mixael Kindsqrab 24-25 oktyabr tarixlərində Göygöl və Şəmkirə səfər etmişdir

Şəkil qalereyası

Səfir Mixael Kindsqrab 24-25 oktyabr tarixlərində 19-cu əsrdə alman mühacirlərinin məskunlaşması ilə əlaqədar Azərbaycan bölgələri arasında əhəmiyyətli yeri olan Göygöl (keçmiş Helelnondorf) və Şəmkir (keçmiş Annenfeld) rayonlarına səfər etmişdir.

Səfir Mixael Kindsqrab 24-25 oktyabr tarixlərində 19-cu əsrdə alman mühacirlərinin məskunlaşması ilə əlaqədar Azərbaycan bölgələri arasında əhəmiyyətli yeri olan Göygöl (keçmiş Helelnondorf) və Şəmkir (keçmiş Annenfeld) rayonlarına səfər etmişdir. Keçmiş Helenendorf və Annenfeld 19-cu əsrdə Azərbaycanda məskunlaşmış alman mühacirlərin əsas mərkəzi olmuşdur. 1941-ci ildə oarda məskunlaşmış alman mühacirlər məcburi şəkildə mərkəzi Asiyaya köçürülmüşdürlər.

Səfir Kindsqrab 24 oktyabr tarixində Göygöldə Göygöl rayon icra hakimiyyətinin başçısı Arif Seyidovla görüşmüş və onunla rayonun tarixi və inkişafı ilə əlaqədar fikir mübadiləsi aparmışdır. Almaniya-Azərbaycan münasibətlərində aktual məsələlər Göygöl rayonundan seçilmiş millət vəkili cənab Rövşən Rzayevlə görüşdə intensiv müzakirə olunmuşdur. İcra başçısı cənab Seyidov səfiri Göygöl rayonunda Azərbaycan torpağında ilk alman mühacirlərinin məskunlaşdığı küçələrlə tanış etmişdir. Rayonda şvab kolonistlərinə məxsus olan çoxsaylı ev, o cümlədən keçmiş lüteran kilsəsi (hal-hazırda regional muzey) və musiqi məktəbi son onilliklərdə zövqlə bərpa edilmişdir. Səfir Kindsqrab Azərbaycan dövlət qurumlarının alman mühacirlərinin xatirəsinin qorunub saxlanılması ilə əlaqədar səylərini yüksək qiymətləndirmişdir. Rayonun bir neçə il əvvəl vəfat etmiş ən son alman məskunu Viktor Klaynın evi də ziyarət olunmuşdur. Bu evdə yaxın illərdə regionda və Azərbaycanda olan almanların xatirəsinə muzey yaradılmalıdır, muzeyin hazırlıq işləri artıq davam edir.

Şərab və araq zavodunda („Xan“) səfirə yeni istehsal üsulları təqdim edilmişdir. Burada da alman mühacirlərinin izlərinə rast gəlinir – çox yaxşı qorunub saxlanmış şərab zirzəmisi rayonun şərabçılıqla əlaqədar qədim tarixi ənənələrini hiss etmək və bu haqda düşünmək imkanı yaradır.

Səfir Mixael Kinsqrab 25 oktyabr tarixində Şəmkir rayonuna səfər etmişdir. O orada millət vəkili Sona xanım Əliyeva ilə görüşmüş və icra hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparmışdır. Səfir Heydər Əliyev mərkəzi, bayraq meydanı və gənclər evində də olmuşdur. Səfir Kindsqrab keçmiş kilsəni və şvab mühacirlər tərəfindən salınmış içəri şəhəri ziyarət etmişdir.

„AzAqro“-nun parniklərində səfirə ən yüksək beynəlxalq səviyyədə həyata keçirilən gül və tərəvəz istehsalı təqdim edilmişdir. Burada istehsal edilən qızıl gül və xiyarın bir hissəsi ixrac edilir. Səfir Kindsqrab Azərbaycan tərəfinin iqtisadiyyatın şaxələndirilməsi ilə əlaqədar səylərini yüksək qiymətləndirmiş və Alman-Azərbaycan biznes əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulamışdır. O bildirmişdir ki, Moskvadan başqa MDB məkanında yeganə Bakıda fəaliyyət göstərən Alman-Azərbaycan xarici ticarət palatası biznesdə maraqlı alman və azərbaycan şirkətləri üçün əla bir ünvandır.

Səfir Mixael Kindsqrab 24-25 oktyabr tarixlərində Göygöl və Şəmkirə səfər etmişdir

Oxşar məzmunlar

Səhifənin əvvəlinə