Willkommen auf den Seiten des Auswärtigen Amts

Səfir Mixael Kindsqrabın İsmayıllıya səfəri

Şəkil qalereyası

25 aprel tarixində səfir Mixael Kindsqrabın İsmayıllı rayonuna səfəri baş tutdu.  O, Qafqazın ən böyük milli parkı olan Şahdağ milli parkını ziyarət etdikdən sonra rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ilə görüşdü.

25 aprel tarixində səfir Mixael Kindsqrabın İsmayıllı rayonuna səfəri baş tutdu.  O, Qafqazın ən böyük milli parkı olan Şahdağ milli parkını ziyarət etdikdən sonra rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ilə görüşdü. İsmayıllı rayonundan seçilmiş millət vəkili Novruzəli Aslanov da görüşdə iştirak edirdi. Görüşün əsas mövzularını ərazisinin böyüklüyü və etnik müxtəlifliyi ilə seçilən İsmayıllı rayonunda kənd təsərrüfatının inkişafı və rayonun turizm potensialı təşkil etdi. Sonra səfir rayonun məşhur İvanovka kəndini ziyarət etdi. Burada onu kənd təsərrüfatı kooperativinin idarə heyəti, rus-ortodoks Molokan cəmiyyətinin ağsaqqalları və digər kəndlilər səmimi şəkildə qarşıladılar. Alman qonaq unikal kəndin tarixi, müxtəlif dini və etnik qrup təmsilçilərinin birgə yaşayışı, eləcə kənd təsərrüfatı kooperativinin planları haqqında məlumatlandırıldı. Səfərin sonunda səfir Kindsqrab „Şato-Monolit“ şərab zavodunda istehsal prosesi ilə tanış oldu və ona Azərbaycanda şərab istehsalı ilə əlaqədar imkanlar və problemlər haqqında məlumat verildi.

Səfir Mixael Kindsqrabın İsmayıllıya səfəri

Oxşar məzmunlar

Səhifənin əvvəlinə