Willkommen auf den Seiten des Auswärtigen Amts

Səfirin Qəbələyə səfəri

Şəkil qalereyası

6 mart tarixində səfir Mixael Kindsqrab Qəbələyə səfər etdi və səfər çərçivəsində rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev ilə görüşdü. İcra başçısı ilə görüşdə bölgənin kənd təsərrüfatı, sənaye və turizm sektorlarında iqtisadi potensialı əsas müzakirə mövzusu oldu.

Səfir görüşdən sonra başçının müavini ilə Gilan Holdinqin Qəbələdə yerləşən müxtəlif içkilərin doldurulduğu və kartof çipsinin istehsal edildiyi „Gilan Qida Şəhərciyində“ oldu.

Daha sonra səfir Kindsqrab öz əla Savalan şərabları ilə tanınan Aspi Winery üzüm emalı zavodunda qəbul edildi. Zavodun direktoru səfiri şərab istehsalı prosesi ilə tanış etdi və sonda qonaqlar şərab dequstasiyasına dəvət olundular.

Səfir üzüm emalı zavodundan sonra Azərbaycan tarixinin 2700 ildən çox tarixə malik olan qədim tapıntılarının sərgiləndiyi Qəbələ arxeologiya mərkəzində oldu.

Səfir səfər proqramının sonunda udin kilsəsini ziyarət etdi. Udinlər Azərbaycanın şimal-qərbində məskunlaşmış milli azlıqlardır. Milli azlıq dünya üzrə 10000 nəfərdən ibarətdir və onlardan da 4000 nəfəri Qəbələdə məskunlaşmışdır. Udinlər bu günə qədər öz mədəniyyətlərini qoruyub saxlaya biliblər. Belə ki, rayonun 6 məktəbində 4-cü sinifə qədər udin dili öyrədilir.

Səfirin Qəbələyə səfəri

Oxşar məzmunlar

Səhifənin əvvəlinə