Willkommen auf den Seiten des Auswärtigen Amts

Səfirin Abşerona səfəri

Şəkil qalereyası

Səfir Mixael Kindsqrab bazar ertəsi günü bölgələrə müntəzəm səfər proqramı çərçivəsində Abşeronda oldu. Səfir orada icra başçısı xanım İradə Gülməmmədova ilə görüşdü və Abşeronda siyasi və iqtisadi işkişaf məsələləri və qadınların Azərbaycan siyasətində rolu mövzularında fikir mübadiləsi apardı.

Səfər çərçivəsində səfir Kindsqrab istehsal müəssisələri ilə tanış oldu. “Milla” süd zavodunda ona Azərbaycan süd məhsullarının çıxarıldığı ənənəvi və yeni bazarlar haqqında məlumat verildi. „Caspian Fish“ zavodu alman nümayəndə heyətinə müxtəlif emal və qablaşdırma proseslərini nümayiş etdirdi. Abşerona məxsus olan ən səciyyəvi xüsusiyyətlərindən biri orada çoxsaylı duz göllərinin olmasıdır. Səfir Kindsqrab səfərin sonunda bir neçə ildir ki mövcud olan və „AZƏRSUN“ holdinqə məxsus olan Masazır duz zavodu ilə tanış oldu.

Səfirin Abşerona səfəri

Oxşar məzmunlar

Səhifənin əvvəlinə