Willkommen auf den Seiten des Auswärtigen Amts

Səfir Mixael Kindsqrabın Sumqayıta səfəri

Şəkil qalereyası

Səfir Sumqayıtda alman şirkətləri ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən iki müəssisənin iqtisadi potensialı ilə tanış olmuşdur. BASF Caspian şirkətinin direktoru Azərbaycan bazarında olan planları haqqında təqdimat etmişdir.

Səfir Sumqayıtda alman şirkətləri ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən iki müəssisənin iqtisadi potensialı ilə tanış olmuşdur. BASF Caspian şirkətinin direktoru Azərbaycan bazarında olan planları haqqında təqdimat etmişdir.

Cənab Kindsqrab "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, deputat cənab Muxtar Babayev və “Uniper” alman enerji konserninin vitse-prezidenti Uve Fiplə birlikdə SOCAR və “Uniper” şirkətlərinin birgə lahiyəsi olan qaz turbinli elektik stansiyasına baş çəkmişdir. Bu birgə layihənin əsası 2016-cı ilin may ayında qoyulmuş və layihənin əsas məqsədi Azərbaycanda qaz turbinli elektrik stansiyada buxar və elektrik istehsalı zamanı enerji effektivliyinin artırılması və atmosferə atılan karbon qazlarının azaldılmasıdır.

Sumqayıt Azərbaycanda yeganə şəhərdir ki, Almaniya şəhərlərindən biri ilə (Lüdviqshafen) şəhərlərin əməkdaşlığı proqramı çərçivəsində əməkdaşlıq edir. Bu ilin may ayında bu əməkdaşlığın 40 illik yubileyi qeyd ediləcəkdir. Şəhərlərin əməkdaşlığı proqramı çərçivəsində yaradılan Sumqayıt dil mərkəzi səfir Kindsqrabı çay süfrəsinə dəvət etmişdir. Dil mərkəzinin rəhbəri, Mina Rzayeva 10 ildən artıq fəaliyyət göstərən mərkəz haqqında təqdimat etmişdir. Sonra səfir Kindsqrab məktəblərarası mübadilə proqramı əsasında bir il müddətinə Sumqayıt məktəbində təhsil alman şagirdlər və bu proqramın məzunu olmuş azərbaycanlı şagirdlərlə söhbət etmişdir. Səfir Sumqayıt Paralimpiya idman kompleksində Azərbaycan milli paralimpiya idman komandasının məşqçiləri ilə də görüşmüşdür. Görüşlərlə çox zəngin Sumqayıt səfərinin sonunda cüdo üzrə çoxqat avropa və dünya çempionu, görmə əngəlli İlham Zəkiyevlə də söhbət olmuşdur.

Səfir Mixael Kindsqrabın Sumqayıta səfəri

Oxşar məzmunlar

Səhifənin əvvəlinə