Willkommen auf den Seiten des Auswärtigen Amts

Səfirin Quba və Qusara səfəri

Şəkil qalereyası

9-10 mart tarixlərində səfir Mixael Kindsqrab Azərbaycanın şimal rayonları, Quba və Qusara səfər etmişdir. Səfir hər iki rayonun icra başçıları: Yaşar Məmmədov və Şair Alxasovla, eləcədə digər rayon nümayəndələri ilə görüşmüş və region ilə tanış olmuşdur.

9-10 mart tarixlərində səfir Mixael Kindsqrab Azərbaycanın şimal rayonları, Quba və Qusara səfər etmişdir. Səfir hər iki rayonun icra başçıları: Yaşar Məmmədov və Şair Alxasovla, eləcədə digər rayon nümayəndələri ilə görüşmüş və region ilə tanış olmuşdur.

Səfir Qubada xalça sənəti ilə məşhur olan bu bölgənin ən qədim xalça manufakturasını ziyarət etmişdir. Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pisax İsakov səfir Kindsqrabı qəsəbə ətrafında gəzinti zamanı qəsəbənin tarixi və etnik qrupun həyat tərzi ilə əlaqədar məlumatlandırmışdır. Etnik azlıqların məskunlaşdığı Qusarda da etnik müxtəliflik əsas müzakirə mövzusu olmuşdur. Azərbaycanın şimal rayonlarından görünür ki, Qafqazda etnik, mədəni və dini müxtəlifliyi olan etnik qrupların sülh şəraitində birgə yaşayışı mümkündür və Azərbaycanda bu tətbiq olunur.

Səfir Kindsqrab Azərbaycan qış turizminin mayakı olan Şahdağ turizm kompleksində də olmuşdur. O, Şahdağ Turizm Mərkəzinin vitse-direktoru Rövşən Cahangirovla kompleksin inkişafı və Azərbaycanın turizm potensialı ilə əlaqədar müzakirə etmişdir. Turizmdən başqa təbii ki, kənd təsərrüfatı da Quba və Qusar regionun ən inkişaf etmiş sahələrindəndir və bu səbəbdən cənab Kindsqrab məşhur Quba almasının dadına baxmya bilməzdi.

Səfərin sonunda səfir Qusarda „OKI“ xəstəxanasında olmuşdur. Bu xəstəxana təqribən 20 il əvvəl Almaniyanın iştirakı ilə tikilmiş və buradakı cihazlar əsasən Almaniyadan gətirilmişdir. Qusarın aparıcı klinikalarından olan bu xəstəxana Almaniyanın „yaşlı ekspertlər xidməti“ ilə əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində müntəzəm olaraq Almaniyadan gələn həkimlər bu klinikada işləyirlər.

Səfirin Quba və Qusara səfəri

Oxşar məzmunlar

Səhifənin əvvəlinə