Willkommen auf den Seiten des Auswärtigen Amts

Səfir Kindsqrabın Ağstafa və Tovuza səfəri

Şəkil qalereyası

21 fevral 2018 tarixində səfir Kindsqrab Ağstafa rayonuna səfər etdi və Almaniya ilə yaxından tanış olan rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə görüşdü. İcra başçısı səfirlə səmərəli söhbət əsnasında ona bölgə haqqında təqdimat etdi.

21 fevral 2018 tarixində səfir Kindsqrab Ağstafa rayonuna səfər etdi və Almaniya ilə yaxından tanış olan rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə görüşdü. İcra başçısı səfirlə səmərəli söhbət əsnasında ona bölgə haqqında təqdimat etdi. Söhbət zamanı xüsusil kənd təsərrüfatı ilə tanınan rayonun iqtisadi potensialı, çətinlikləri və eləcə Almaniya-Azərbaycan arasında əməkdaşlıq imkanları haqqında müzakirələr aparıldı.

Sonra səfir icra başçısı ilə birgə italyan istehsalçıları üçün köynək tikişi ilə məşğul olan Ağstafa tikiş fabrikində oldu və ardınca hal-hazırda tikilməkdə olan, amma bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılan Aqroservis ilə tanış oldu. Burada alman investorların da iştirakı ilə kənd təsərrüfatı məhsullarının – taxıl və un – effektiv və müasir standartlara uyğun texniki avadanlıqlarla istehsalı həyata keçirilir. Ağstafa rayonunda əkilən taxıl burada olan dəyirmanlarda üyüdülərək una çevriləcək və bu undan da müxtəlif makaron növlərinin istehsalında istifadə etmək nəzərdə tutulmuşdur.

Ağstafa səfərindən bir gün əvvəl səfir Tovuz rayonunda oldu və orada da rayon icra hakimiyyətinin başçısı, Tofiq Zeynalov, ilə görüşdü. O, günortadan sonra ənənəvi, regional naxışlarla xalça tikilişi ilə məşğul olan fabrikdə oldu, daha sonra bölgənin üzümlərindən şərab və konyak istehsal edən zavodu ziyarət etdi və günün sonunda isə Tovuzçay su anbarı ilə tanış oldu.

Səfir Kindsqrabın Ağstafa və Tovuza səfəri

Oxşar məzmunlar

Səhifənin əvvəlinə