Willkommen auf den Seiten des Auswärtigen Amts

Göygöldə turistik bələdçi sisteminin açılış və kitab təqdimatı

Şəkil qalereyası

Səfir Mixael Kindsqrab və Azərbaycan Mədəniyyət nazirliyinin nümayəndələri 17 iyul tarixində, Göygöldə şəhərin alman keçmişi ilə bağlı yeni turistik bələdçi sisteminin açılışını etdilər. Məşhur Berlinli Azərbaycanpərəst, Berlinin Humbolt universitetinin professoru xanım Eva Maria Aux Göygölün tarixini turistik olaraq cəlbedici etmək üçün şəhərdə yol göstəriciləri, məlumat lövhələri və stendlərin qurulması ilə bağlı konsept hazırlamışdır.

Tədbir iştirakçıları yağışlı hava şəraitinə baxmayaraq şəhər mərkəzini piyada gəzərək alman keçmişi ilə tanınan binalara baxış keçirdilər. Sonra keçmiş lüteran kilsəsində, keçmiş alman məskənlərinin yerləşdirdiyi bölgədə ilk dəfə olaraq „Azərbaycan memarlığında alman irsi“ kitabının təqdimatı həyata keçirildi. Məlumat və şəkil baxımından çox maraqlı olan bu kitab azərbaycanlı memar Elçin Əliyev ilə Almaniya Səfirliyi arasında əməkdaşlıq nəticəsində hazırlanmış və nəşr olunmuşdur. Tədbirdə Elçin Əliyev Azərbaycanda alman memarlığının tarixi haqqında danışdı və sonra bəzi kitabları imzaladı.

Hər iki layihə Azərbaycana ilk alman məskunların gəlişinin 200 illik yubileyi ilə əlaqədar keçirildi. Layihələr Almaniya Xarici İşlər nazirliyinin mədəniyyətin qorunması proqramı əsasında baş tutdu.


 

Göygöldə turistik bələdçi sisteminin açılış və kitab təqdimatı

Səhifənin əvvəlinə