Willkommen auf den Seiten des Auswärtigen Amts

Kapellhausda „Azərbaycan memarlığında alman irsi“ kitabının təqdimatı

Şəkil qalereyası

8 fevral 2018-ci il tarixində Kapellhausda səfir Mixael Kindsqrab və Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Sevda xanım Məmmədəliyevanın iştirakı ilə „Azərbaycan memarlığında alman irsi“ kitabının təntənəli təqdimat mərasimi keçirildi.

Almanlar Azərbaycan memarlığında müxtəlif izlər qoyublar. Bura 200 il əvvəl almanlar mühacirlərin Azərbaycanın qərbində məskunlaşdığı kəndlərdə yaratdıqları, eləcə də 19-cu əsrin ikinci yarısında Bakıda alman memarları təfəfindən tikilən memarlıq abidələri daxildir. Kitabın müəllifi, professor memar Elçin Əliyev Almaniya Xarici İşlər nazirliyinin mədəniyyətin qorunması proqramının dəstəyi ilə həyata keçirdiyi bu kitabda paytaxt daxilində və xaricində müxtəlif binalar haqqında fotoşəkillər və maraqlı hekayələr öz əksini tapmışdır. Bu kitab bir çox tarixi və müasir fotoşəkillər əsasında əvvəllər müxtəlif dövrlərdə almanların məskunlaşdıqları ərazilərdə və Bakıda Almaniya memarlıq və şəhərsalma planlarının təsirini – hər biri ekspert şərhləri, təsnifatlar və arxiv məlumatları ilə müşayiət olunmaqla - göstərir. Burada yaşayış binaları və nümayəndəliklərdən, kilsə, körpü, fabrik və bir məscidə qədər tarixi memarlıq abidələri əks olunmuşdur.

Təqdimat mərasimində çoxsaylı fəxri qonaq, səfir və diplomatik korpusun nümayəndələri, eləcə də mətbuat nümayəndələri iştirak etdi. Həm Sevda xanım, həm də səfir Kindsqrab çıxışlarında vurğuladılar ki, Almaniya və Azərbaycan arasında münasibətlər yalnış iqtisadi əməkdaşlıqdan ibarət deyil, eləcə də hər iki ölkənin cəmiyyətləri arasında uzun müddətdən bəri mədəni əlaqələr mövcuddur. Memarlıq sahəsində təsvid edilmiş bu kitab bunun əyani nümunəsidir.

Səfir Kindsqrab fürsətdən istifadə edərək bildirdi ki, Alman-Azərbaycan münasibətlərinin və tarixinin 200 illik yubileyi tarixin son nöqtəsi deyil, əksinə daha çox gələcəyə baxış üçün bir fasilədir. Ortaq tarixi hadisələr göstərir ki, tarixi planlaşdırmaq mümkün deyil, lakin onunla bağlantı yaratmaq olar.

Kapellhausda „Azərbaycan memarlığında alman irsi“ kitabının təqdimatı

Oxşar məzmunlar

Səhifənin əvvəlinə