Willkommen auf den Seiten des Auswärtigen Amts
Alman iqtisadiyyattının Şərq komitəsinin Azərbaycana səfəri
13 fevral 2018-ci il tarixində Alman iqtisadiyyatının Şərq komitəsinin 20 illik nümayəndə heyəti Azərbaycana səfər etdi.
Nümayəndə heyəti 13 fevral tarixində səfir Mixael Kindsqrab və Alman-Azərbaycan Xarici Ticarət palatasının sədri Tobias Baumann-la danışıqlardan sonra ölkə prezidentli İlham Əliyevlə görüşdü. Görüşdə Alman-Azərbaycan iqtisadi münasibətlərinin hazırkı vəziyyəti və gələcəkdə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi ətraflı müzakirə olundu. Sonra üç müxtəlif nazirliklərdə görüşlər baş tutdu: ilk əvvəl iqtisadiyyat naziri Şahin Mustafayevlə, sonra energetika naziri Pərviş Şahbazovla və sonda nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Ramin Quluzadə ilə. Günortadan sonra nümayəndə heyəti Bakı beynəlxalq hava limanında Silk Way Airlines-ı ziyarət etdilər və orada Almaniyada Bakı üzərindən Asiyaya ipək yolu marşrutu müzakirə edildi. Sıx səfər proqramının növbəti hissəsi Bakı beynəlxalq dəniz limanını ziyarət idi. Səfər proqram ısonda alman səfirinin iqamətgahında keçirilən ziyafətlə başa çatdı.
Alman iqtisadiyyattının Şərq komitəsinin Azərbaycana səfəri









