Willkommen auf den Seiten des Auswärtigen Amts

PASCH-ın 10 illik yubileyi

Məqalə

 Hajar Malikova mit dem Berlin Buddy Bear in Baku
 Hajar Malikova mit dem Berlin Buddy Bear in Baku© Botschaft Baku

Onun əvvəllər məktəbdə alman dili öyrənən nənəsi, bir dəfə nəvəsinə nəsihət verdi ki, alman dilini bilməyin ona gələcəkdə xeyri dəyə bilər.  Beləcə Həcər Məlikova bu nəsihətə qulaq asmağa qərar verib beşinci sinifdən 160 nömrəli Klassik Gimnaziyada alman dili öyrənməyə başladı. Bu məktəb PASCH məktəbidir, yəni bu məktəb 2008-ci ildən etibarən Xaricdə Məktəblərin Mərkəzi İdarəsinin (ZfA), „Məktəblər: Gələcəyin partnyorları“ (PASCH) adlı təşəbbüsünə qoşulub iştirak edir. Azərbaycandaki PASCH məktəblərində Alman Dili Diplomunun (DSD) əldə olunması təklif edilir ki, bu da məzunlara Almaniyada Stiedienkollegə daxil olmaq imkanı verir. Beləliklə 2018-ci ildə bu təşəbbüsün artıq 10 illik yubileyi qeyd edilir.

Həcər doqquzuncu sinifdə olarkən DSD diplomunu almış, habelə Höte İnstitutunun G1 dil kursunu da  bitirmişdir və hazırda Frankfurt am Main şəhərində tibb təhsili alır. Onun təhsili bir fond tərəfindən maliyyələşdirilir. Bakıdakı Gimnaziyada kecirilən alman dili dərsləri və DSD diplomu Həcər üçün bu təhsilə aparan yolda əsas açar olmuşdur. 2008-ci ildən bəri burada alman dili dərsləri şagirdlərlə dərsdə yalnız almanca danışan alman müəllimləri tərəfindən tədris edilir. Gənc azərbaycanlı qızın xüsusilə xoşuna gələn  o olmuşdur ki, dərsdə daha çox müzikirələr aparılır və ünsiyyət edilirdi: „ Biz heç vaxt darıxdırıcı sözləri əzbərləmək yaxud yalnız qrammatik çalışmalar etmək məcburiyyətində deyildik. Dərs çox canlı keçirdi."

2016-cı ildə Bakıda məktəbi bitirən kimi hələ 17 yaşı yenicə tamam olmuş Həcər Frakfurtdakı Studienkollegə qəbul edildi ki, dünyanın hər yerindən ali təhsil almaq məqsədilə gələn gənclərlə birgə tibb təhsili üçün tələb olunan hazırlığı keçsin. Tələb olunan imtahanların öhdəsindən gələ bilən az sayda gənclərdən biri olan Həcər 2017-ci ildə Höte Universitetinin tibb fakültəsinə daxil oldu. Almaniyada yeni həyata qoşulmaq onun üçün elə də asan olmamışdır: "Studienkollegdə yaxşı qiymətlər qazanmaq üçün Azərbaycandan fərqli olaraq başqa cür öyrənməyimiz və işləməyimiz lazımdır. Mən hələ əvvəlcə buna uyğunlaşmaq məcburiyyətində qalmışdım." Digər tərəfdən əksinə olaraq hər hansı mədəni şok və ya buna bənzər şeylər yaşamadı. Hələ Bakıda məktəbdə oxuyarkən o, Pedaqoji Mübadilə Xidməti (PAD) vasitəsilə Almaniyada dörd həftə alman ailəsində qalmışdır („O müddət həyatımın bəlkə də ən gözəl ayı olmuşdur!“) və 2014-cü ildə Beynəlxalq Alman Olimpiadasında iştirakı zamanı artıq alman həyat tərzinin  müxtəlif tərəfləri ilə tanış olmuşdur; „mənim onsuz da heç vaxt yad mədəniyyətlərə öyrəşməkdə demək olar ki, çətinliklərim olmayıb“. Tez də dostlar tapdı- əvvəlcə Stiudienkollegdə onun kimi eyni məqsədləri olan gənc insanlar sonra isə tibb təhsili zamanı öz seminarlarında iltirak edən tələbə yoldaşları.

Həcərdən soruşanda ki, getdiyin bu yol üçün xüsusilə kimə minnətdarsan, əvvəlcə cavab verməyə çətinlik çəkir. Lakin bir qədər götür-qoy etdikdən sonra isə deyir: „Hamiya! Nənəmə nəsihətinə görə, valideynlərimə və ailəmə mənə hər baxımdan arxa-dayaq olduqlarına görə və Bakıdakı PASCH məktəbindəki alman dili müəllimlərinə məndə alman dili və Almaniyaya qarşı həvəs, maraq yaratdıqlarına və mənə Almaniyada ali təhsil almaq imkanını göstərdiklərinə görə“.

Eyni zamanda o, özünün çox iddialı və dilə istedadı olduğunu təkzib edir. „Mənim dillərə xüsusi bir istedadım yoxdur, ancaq həmişə Almaniyaya qarşı və öz gələcək təhsil perspektivlərimə qarşı böyük marağım olub“ deyə o səlis alman dilində bildirir.

Həcər təhsilini başa vurduqdan sonra Alman-Azərbaycan əlaqələrinə qoşulub həyatın hər iki tərəfini bir-birinə bağlamağı təsəvvür edə bilir. O Azərbaycanda tibb təhsilinin gücləndirməsinə səy göstərmək istəyir, cünki cox sayda Azerbaycanlı həkim olmağı həm istəyir, həm də bacarar. O bildirir: „Burada böyük potensial var. Məvaciblərin az olması ucbatından çoxlu gənc azərbaycanlı həkim məsələn Mərkəzi Avropaya üz tutur“. O vəziyyətin bu gedişatına qarşı çıxmaq istəyir və buna görə də Azərbaycan səhiyyə sistemini davamlı dəstəkləyən və burada gənc həkimlərə daha yaxşı perspektivlər verəcək Alman və Azərbaycan xəstəxanaları arasında daha sıx əməkdaşlıq yaratmaq arzusundadır.

Həcər ilə yanaşı PASCH məktəbində onun sinif yoldaşlarından  bəziləri də cəsarətli addım atıb təhsil almaq üçün Almaniyaya gediblər. Bəlkə onun kiçik bacısı da onun yolu ilə gedəcəkdir. O Bakıda 160 nömrəli Klassik Gimnaziyada artıq DSD diplomunu almışdır və bacısı kimi  Frankfurtda tibb təhsili almağa can atır.

PASCH-Təşəbbüsü və bu il keçirilən yubileyə dair ətraflı məlumatı buradan əldə edə bilərsiniz.


Oxşar məzmunlar

Səhifənin əvvəlinə