Willkommen auf den Seiten des Auswärtigen Amts

Deutschen Welle-nin Qlobal Media forumu 2018

Global Media Forum Logo 2018

Global Media Forum Logo 2018, © Deutsche Welle

Məqalə

11-13 iyun 2018 tarixlərində Bonn şəhərində Deutsche Welle-nin 11-ci qlobal media forumu keçiriləcək. Bu unikal beynəlxalq mətbuat konfransında mətbuat, siyasət, jurnalistika, mədəniyyət, biznes, elm və vətəndaş cəmiyyəti sahələrindən təmsilçilər təcrübələrini bölüşmək, yeni əlaqələr qurmaq və mövcud olan şəbəkələri gücləndirmək üçün bir araya gəlirlər. Konfrans bütün dünyadan olan qərarvermə və təsir gücünə malik olan insanlara bir-birilərindən öyrənmək, aktual mövzuları müzakirə etmək və zamanımızın problemlərinə innovativ həllər hazırlamaq imkanı əldə edirlər. Bu müasir təlimlər formatında həyata keçirilir. 

Bu konfrans çərçivəsində əsasən mətbuatın gələcəyi, xarici siyasət, davamlı inkişaf, fikir azadlığı, mədəniyyət və cəmiyyət kimi mövzular müzakirə olunur. Bu ilki konfransın mövzusu “Qlobal qeyri-bərabərlik” olacaq, belə ki, müxtəlif tədbirlərdə qlobal tarazlığın ən müxtəlif ölçüsü və aspektlərinə xüsusi diqqət yetiriləcəkdir. 

Daha ətraflı məlumat və proqram burada


Oxşar məzmunlar

Səhifənin əvvəlinə