Willkommen auf den Seiten des Auswärtigen Amts

Alman dili müəllimləri konfransı 2018

Şəkil qalereyası

İlk alman dili müəllimləri konfransı 2017-ci ildə Şəkidə uğurlu şəkildə həyata keçirildikdən sonra, 3-4 mart 2018 tarixlərində Şəmkirdə növbəti belə bir konfrans təşkil olundu. 2018-ci ildə də konfransa böyük maraq oldu və bu da Azərbaycanda alman dilinə marağın artmasının göstəricisidir. Konfransın yeri olaraq Şəmkir rayonun seçilməsi də təsadüfi olmadı: 200 il əvvəl alman mühacirlər bu ərazidə Annenfeld şəhərini salmışdılar.

Tədbirdə 50 orta məktəb, 19 ali məktəb və 8 nəfər dil mərkəzlərindən müəllimlər iştirak etdi. İştirakçıların əksəriyyətini əsasən xanımlar təşkil edirdi və ölkənin bütün bölgələrini təmsil edən müəllimlər iki gün ərzində tam bir proqramı bitirdilər: təlimlər, təqdimatlar və məlumat tədbirləri. Müəllimlərə xüsusilə müasir tədris metodları haqqında məlumatlar verildi, onların alman dili dərsləri haqqında sualları cavablandırıldı və bundan başqa müəllimlər Almaniyada təqaüd və mübadilə proqramları ilə əlaqədar  məlumatlandırıldı.

Alman dili müəllimləri konfransı 2018

Oxşar məzmunlar

Səhifənin əvvəlinə