Willkommen auf den Seiten des Auswärtigen Amts

PASCH 10 il

Logo der Initiative Schulen: Partner der Zukunft

Schulen: Partner der Zukunft, © Auswärtiges Amt

21.06.2018 - Məqalə

10 il əvvəl, 2008-ci ildə Almaniyanın o zamankı xarici işlər naziri, bu gün isə prezidenti olan Dr. Frank-Valter Ştaynmayer “Məktəblər: Gələcəyin tərəfdaşları” – qısa olaraq PASCH proqramının əsasını qoydu. Bu təşəbbüsün ilk əvvəldən əsas məqsədi xüsusi xarici dil tədris edən məktəblər arasında qlobal şəbəkənin yaradılması və gələcəkdə şagirdlərin alman ali məktəblərinə birbaşa qəbuluna imkan yaratmaqdır. Ümumilikdə Almaniya daxilində və xaricində PASCH proqramında təmsil olunan 2000-dən çox məktəb var və bu məktəblərdə təqribən 600 000 şagird tədris alır.


PASCH proqramının əsas ideyası bütün dünyadan olan gənc insanlarda alman dili, mədəniyyəti və alman həyat tərzinə davamlı marağı təmin etməkdir. Müəllim və şagirdlərlə Almaniya arasında əlaqə yaratmaqla gələcəkdə uzunmüddətli əməkdaşlığın qurulması nəzərdə tutulur ki, bu da şagirdlər və eləcə də Almaniya üçün gələcəkdə faydalı olacaq. PASCH ilə əlaqəli bütün tədbirlər mədəniyyətlərarası dialoq, mədəni müxtəliflik və tolerantlığın gücləndirilməsinə dəstək olmağa yönəlir.


PASCH-proqramı Almaniyanın xarici məktəblərlə əməkdaşlıq mərkəzi (ZfA), Göte institutu, Alman Akademik Mübadilə Xidməti (DAAD) və pedaqoji mübadilə xidməti (PAD) tərəfindən koordinasiya olunur. Maliyyə dəstəyini isə Almaniya xarici işlər nazirliyi həyata keçirir. Dörd tərəfdaş öz imkanlarından istifadə edərək „Alman dili xarici dil kimi“ dərslərinin gücləndirilməsindən başlayaraq, Almaniya təhsil üçün təqaüd proqramlarına qədər bir yerdə səy göstərməlidirlər. Şəbəkə üçün əsas məsələlər məktəblər arasında əməkdaşlıq, şagirdlər üçün mübadilə, eləcə də müəllimlər üçün təcrübə proqramlarıdır.


Bundan başqa PASCH proqramına daxil olan məktəblərin məzunları çoxsaylı ali məktəb, kollec və iqtisadi şirkət tərəfindən təhsillərinin davam etdirilməsi və peşə karyerası baxımından dəstəklənir.

Azərbaycanın paytaxtı Bakı şəhərində PASCH əməkdaşlıq proqramında təmsil olunan 4 məktəb var. Bu qısametrajlı filmdə həmin məktəbləri təmsil edən şagird və müəllimlər PASCH proqramı çərçivəsində alman dilini öyrənmək təcrübələri və həmçinin Almaniya və onun mədəniyyəti haqqında biliklərini bölüşürlər. PASCH proqramının dəstəyi ilə Almaniyada tibb təhsili alan Həcər Məlikova ilə müsahibə ilə isə buradan tanış ola bilərsiniz:


PASCH proqramı haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz:

 

Səhifənin əvvəlinə